Qəlbim evi bir məzarə bənzər,Nəşəm də mənim qübarə bənzər.

Sinəmdə nə çoxdu qanlı yarə,Zənn eylə ki, laləzarə bənzər.

Abad olan nə var cahandaFikrimdə xarabazara bənzər.

Dərmani, dəvani neylirəm mən,Dərmani dəva azarə bənzər.

Bu şeri ələmzədə ZəkanınBaşdan-başa naləzarə bənzər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri