Kim deyir ki bu varlıqdaBir gün varam, bir gün yoxam,Yox olsam da, yoxluğumlaYağılara doğru oxam.

Dəysə də bir xətər mənə,Dostlar ağı ötər mənə,Öz ulusum yetər mənə,Könlü geniş, gözü toxam.

Sevdim türkü qoşanları,Yurd eşqiylə coşanları,Dilimdə konuşanlarıSəsləyərəm, sayı çoxam.

Heyranıyam qoçaqların,Kərəm kimi qaçaqların,Gərək bütün xıncaqlarınBağrını yandırıb yaxam.

Bax könlümün həvəsinə,Diləyimin cilvəsinə,Savalanın zirvəsinəSancağımı gərək taxam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri