Ahəng
Varlıqda hər şeyin öz ahəngi var,Nəğmə ahəngi var, söz ahəngi var.
Rəssamın ahəngi rəngidir onun,Fırçası əlində cəngidir onun.
Ahəngi daşdandır heykəltəraşın,Ahəngli çizgidir rəngi nəqqaşın.
Şairin ahəngi rübabındadır,İncə duyğularla xitabındadır.
Yamaclar, ormanlar ahəngə bağlı,İrmaqlar, ümmanlar ahəngə bağlı.
Dağların ahəngi bulaqlardadır,Bağların ahəngi budaqlardadır.
Quşların ahəngi güllərə bağlı,Daşların ahəngi sellərə bağlı.
Bütün canlıların ahəngi vardır,Həyəcanlıların ahəngi vardır.
Günəşin ahəngi nur çələnglidir,Ulduzlar ahəngli, Ay ahənglidir.
Yaşadan ahəngdir dadlı həyatı,Saxlayan ahəngdir bu kainatı,
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-aheng
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevirəm mən sevən insanları, candan sevirəm,Sevgi dünyasına könlüm göz açandan sevirəm.
YurdumSeyranım onun, seyrim onundur,Dünyada səfam, xeyrim onundur.
Cavid xiyabanı könlümdən keçirGözümü sənətə açandan bəri,Cavid prospekti könlümdən keçir!
Bu vətən torpağıdırBu vətən torpağıdır dövlətimiz, sərvətimiz!Ayla, ulduzla gülümsər, bu ulus bayrağıdır!
Başqa şairlərin şeirləri
Eşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
Gülşəni-raz, fəsil 61ز ترسایی غرض تجرید دیدمخلاص از ربقهٔ تقلید دیدم