Kişilər candan ağrısa,Ağrıdan bezər, ağlamaz.

Durub yaralı-yaralıAləmi gəzər, ağlamaz.

Canını yaxan həsrətiCanını üzər, ağlamaz.

Ağlamaq yasaq onlara,Kişilər dözər, ağlamaz.

* * *

Zirvə dumansız olmaz,Körpə gümansız olmaz.Qüssə zamansız olmaz,İnsan amansız olmaz...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət