Xəzər, ey mavi Xəzər!Suların dalğalanan türküyə bənzər!

Çağlayan dalğalarınBitməyən qovğaların!

Sənə oxşar, səni oxşar əsərim olsaydı,O gözəl duyğularınla ürəyim dolsaydı!

Nə qədər mutlu olardım, bilsən,Eşi yox şairsən!

Ah, nələr var səndə,Əbədi saniyələr var səndə.

Yer üzündə əbədidir cəngin,Uludur ahəngin.

Sonu yox dadlı gözəlliklərinin,Sirləri səndə yüzilliklərinin!

Mavi bir güzgüyə bənzər kimisən,Yerə enmiş göyə bənzər kimisən.

Günəşi ruhuna uydurmadasan,Mənə sonsuzluğu duydurmadasan.

Səni candan dinlərGözləri yolda qalan bədbinlər.

Səndə bir məna var,Dadlı bir röya var.

İmrənirsən niyə yıldızla Aya,Başqa bir dünyaya.

Ucal, ey mavi Xəzər,Suların maviləşən türküyə bənzər!

Sən ucaldıqca ucalmaqda bizim türklər də,Mat qalıbdır bu dərin hikmətə müdriklər də!

Ucal, ey Türk dənizi, sirli dəniz!Türklüyün aynası bildik səni biz!

Ulu türkdaşlarına sirrini aç! Nurunu saç!Mavi türkünlə dənizdən-dənizə mavi yol aç!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar