Mikayıl Müşfiq üçün
29 il yaşadın,Cavan şairlər yaşıdın,Söylə, kim unudar səni?!Gələcəkdə Koroğlular,Qurd ürəkli ər oğlularDünyaya tanıdar səni!
Keçir dövran, keçir zaman,Aman Allah, aman-aman,29 il yaşadın.Bizim soylu şairlərin,Cavidlərin, SabirlərinAdlarına soydaş adın!
29 il yaşadın,Yurdu, ulusu oxşadın,Adın uca, başın uca,Ölümdən keçər dahilər,Sənin kimi ilahilərDuracaq dünya durunca!
Ömrün bitdi ad günündə,Daşnaklar durdu önündə,29 il yaşadın.Göylərdən yerə enməyən,Odlar içində sönməyənBir səməndərə oxşadın!
29 il yaşadın,Yarım il də dərd daşıdın.Türklüyə aşiqim mənim,Daşnaklar öldürdü səni,Alçaqlar öldürdü səni,Türk oğlu Müşfiqim mənim!
Ulusunun düşmanları,Nadanların nadanlarıGözündə qoydu kamını.İnan mənə, yurddaşların,Qandaşların, qurddaşlarınAlacaq intiqamını!..
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-mikayil-musfiq-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm