Nağıl
Ay şəfəq çiləyirdiBeyrutun üzərinə,Nənə nağıl deyirdiYetim nəvələrinə,
İsrail caniləriQuduza dönmüşdülər,Ananı diri-diriTorpağa gömmüşdülər.
Ata getdi cəbhəyəŞəhidlər cərgəsində,Öldü qəm yeyə-yeyəÖlüm düşərgəsində.
Nənə nağıl deyirdiYetim nəvələrinə,Üzdən gülümsəyirdiGöz yumub qəhərinə.
Ələddin öz sehirliLampasını silirdi.Bir anda diləkləriGerçəyə çevrilirdi.
Aləmi dolanırdıLampası Ələddinin.Çocuqlar inanırdıMöcüzəsinə cinin.
Söykənib buxarıyaBalaca qız yatırdı.Artıq gecə yarıya,Nağıl sona çatırdı.
Nənə: “Balalar, – dedi;Göydən üç alma düşdü...”Birdən bina titrədi,Göydən üç bomba düşdü...
Tunis, 1984
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-nagil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən səni gördükcə gözlərim yanır,Sən ey gəncliyimin güzgüsü bahar!
Siz indiGündoğan tərəfdən əsən badlar,Eləməyin bu boranı siz indi.
Ayaq üstədiBu gün bir bağçanın seyrinə vardım,Bu bağın bağbanı ayaq üstədi.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,