Gələcək bir gün, əminəm, o gözəl gün gələcək,Yurdumun haqlı səsi haqqa qədər yüksələcək!Olacaq özgür olan millətim özgürlüyə eş,Doğacaqdır üfüqümdən o sabah şanlı günəş!O günəş nurunu yurddaşlara göydən saçacaq,Yaslı üzlər güləcək, paslı könüllər açacaq!Gələcəkdir, gələcəkdir o böyük gün, gələcək,Görəcək millətim alçaqları ölgün, gələcək!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən