Bülbül
Xəzan gəldi, düşdü yenə soyuqlar,Dəli külək bağçalarda sayıqlar,Xəzəllikdə eşələnən toyuqlar,Necə duyar amanını bülbülün?!
Qarşı dağlar dumanlandı qarşıda,Soldu yaşıl yamacların naxşı da,Səhər-axşam eşidirəm qonşuda,İnildəyən kamanını bülbülün.
Yaman gündə ər görünə, ər dinə,Canım qurban ərənlərin mərdinə,Dərdi çoxdur, dərman yoxdur dərdinə,Kim tapacaq dərmanını bülbülün?!
Bir bülbülə nə su gərək, nə sünbül,Yarı canı qızılgüldür, qızılgül,Min könüldən aşiq olan bir könül,Bilməlidir loğmanını bülbülün.
İnsaf nədir insan oğlu bilməli,Ağlayanın köməyinə gəlməli,Rəfiq Zəka, xəcalətdən ölməli,Öldürənlər gümanını bülbülün.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-bulbul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
OlaArayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.