Oldu
Bu nə yoldu, Daşnak yolu,Hər dərəsi qanla dolu,Nə acıdır bunun adı!O dənizdən bu dənizəDeyib, çıxdı sinəmizə,Bir tapdadı, bir doğradı,Orda dəhşət, burda vəhşət,Əlində baş, dişində ət,Tanırsınız o Cəlladı!..M.Müşfiq
Tanıyırıq o Cəlladı,Qoy, andıra qalsın adı!Bilirik doğmanı, yadı,O zamanlar tüğyan oldu!
Ərənlər savaşda idi,Dağda, düzdə, daşda idi,Mələklər təlaşda idi,İblislər “qəhrəman” oldu.
Dünya qarışıqdı onda,İşlər dolaşıqdı onda,Fitnə üzə çıxdı onda,Bir sürəkli fəğan oldu.
Ərzurumda, Ərzincanda,Qarsda, Zəngəzurda, Vanda,Qarabağda, NaxçıvandaBağlar solub viran oldu.
Qudurdu bir sürü yasar,Ölümdən çəkildi hasar,Arxalı itlər qurd basar,Nə obalar talan oldu!
Meydanda ərlər yox idi,Odlu sipərlər yox idi,Yenilməz nərlər yox idi,Basıb-kəsmək asan oldu.
Canilər nə canlar yaxdı,Qanlar su yerinə axdı,Dərələrdə şimşək çaxdı,Dağlar başı duman oldu.
Göz dikdilər yüz oylağa,Dolaşdılar lovğa-lovğa,Hiyləgərlikdi o qovğa,Böhtan oldu, yalan oldu.
Qara bağladı aynalar,Yandı körpələr, analar,
Türkü söyləyən sonalarQuzğunlara qurban oldu.
Hələ də irmaqlar inlər,Gorbagor olsa da cinlər,Keçən deyil, deməsinlərKeçən keçdi, olan oldu.
Nə istərdi yabanilər,O məsləkləri fanilər?!Qanda boğuldu canilər,Qana qan oldu, qan oldu!..
Döyüşdən ərlər döndülər,Aslan kimi göründülər,Kinli tülkülər söndülər,Bu intiqam yaman oldu!
Toy tutdular daşnaklara,Dağ çəkdilər alçaqlara,O qorxaq yapalaqlara,Qartallara meydan oldu.
Zorbalar döndü qullara,Başlar soxuldu çullara,Qurd ürəkli oğullaraYerlər, göylər heyran oldu.
Qovuldu gönü qalınlar,O namusları yalınlar,Qara ləkəli alınlarQurşunlara nişan oldu.
Yaş tökdülər, diz çökdülər,Yaxalarını sökdülər,Ha yalan-palan tökdülər,Nə dava, nə dərman oldu.
Ha baş yardılar, olmadı,Ha yalvardılar, olmadı,Ha yaxardılar, olmadı,Tarixi bir divan oldu!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-oldu-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.