Telefonla çox uzun konuşa bilmirəm mən,Ən əziz adam olsun, danışa bilmirəm mən.

Mənimlə konuşurkən məndən incimə, ey dost,Dostundan Rəfiq Zəka soyuyub demə, ey dost.

Baxmayınca gözlərim gözlərinin içinə,Yasaq olur sözlərim könlümün sevincinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri