Gəldin xəzanlı ömrümə bir gün bahar kimiCanlandı laləzar kimi ruhumda şəfqətin.

Gördüm ki, ülfətində görünmür sədaqətin,Yaşlandı gözlərimdə sevincin qübar kimi.

Getdin, xəyala döndü xəyalımda surətin,Ulduzlar odlanıb başıma yağdı qar kimi.

Mən oldum ixtiyar kimi, sən bəxtiyar kimi,Çağlar, atar damar kimi qəlbimdə həsrətin.

Bağrım məzar kimi, nəfəsim ahu-zar kimi,Şimşəklənib gömüldü qaranlıqda vüslətin.

Sənsiz davam edən o davamsız məhəbbətinÇıxmaz, canım çıxınca canımdan azar kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar