Mən yaşıla vurğunam, sənin yaşıl gözlərin,Yaşıl gözəlliyidir baharlı gündüzlərin.

Mən yaşıla vurğunam bağçalar, bağlar yaşıl,Çaylar, göllər, meşələr, dərələr, dağlar yaşıl.

Yaşıl-yaşıl yamaclar şerimin çələngidir.Mən yaşıla vurğunam, yaşıl murad rəngidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar