Bəlkə də
M.Rəfiliyə
Onunla həmmərəz idik biz,o deyirdi:Eh! Cəhənnəm olsunbütün dərman, pəhriz!Mənə dağ havası verin!Sac yuxası verin!İstəyirəm sərxoş olum meyindənəyri boyun bənövşədənqalxan ətrin.Mənəqızıl söyüd çubuğundan hörülmüş səbətdəmoruq gətirin!Açın sinəmi!Dəniz yeli dəysin ona!Haram olsun mənəbu torpağın çörəyi,dincimi almadan,yorulmadan, qocalmadansəksəndən getməsəm doxsana.Azarı, ölümübüküb qoymasam ayağımın altına!Belə deyərdi.Əllini yeni keçmişdi,qara örtük saldılar tabutuna.Bəs niyə belə?Həkimlər gəldi,yazdılar, pozdular.Gah elə, gah belə yozdular.Yan-yana düzüldü,neçə-neçə qəşəng latın sözü.Qərara gəldilər:... Xəstəliyin şiddəti...Bir də... özü...
Ancaq bir deyən olmadıbəlkə... səbəb başqadırBəlkə... arzusu doğrulmadı.Bəlkə...ona dağ havasısac yuxası,bir dəqızıl söyüd çubuğundan hörülmüş səbətdəmoruq verən olmadı?..
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-belke-de
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
GetdiBir ah çəkdim, sinəm üstə dağ düşdü,Dilimin hər yana sədası getdi.
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,