Rekviyem
Dostum Lətifə
Divarda yeddi çopur var.Yeddi dərin çopur.İkisi ayrı,beşi topa.Hər çopur,bir qırmanın yeridir.Qırma yeddi deyilmiş,
ürəkdə qalıb neçəsi.Ürəkdə nisgil qalar,həsrət qalar,arzu qalar.Ürəkdə tikə qalar,söz qalar.Ürək ağrıyar.Niyə ürəkdə qaldı qırmalar?Ürək yüz il yaşayar,sözdənmi, güllədənmi qırılmasa,ürəkdə qırma qalmasa.
Yadıma düşdü.Min doqquz yüz qırx üçün qışı.Şaxta kəsirdixəncərsiz, bıçaqsız.Külək əsirdiYandırırdıodsuz-ocaqsız.Moskva vağzalında, perrondageydin Bakı hədiyyəsiiçi qoyun yunu,çölü qaba brezent kürkü.Belə bir kürk,ölümlə həyat arasındakeçilməz bir sədd idi onda.O zaman, ölümdən qorudu sənisadə bir kürk.Çox vaxtölümü uzaqdan duyur,yaxında görmürük.İnsan yaşayır.Bir də baxırsanay keçdi, il keçdi.Günlərin nə əvvəli,nə sonu var.Hər gün
ölməkçün nə tez,nə gecdi.Addımladıq ömür yolunusən ayrı, mən ayrı.Rastlaşdıqgah iclasda, gah səfərdə,gah ekranda,gah səhifələrdə.Bir gün,adi günlərdən biri,söhbətimiz çatanda sonasən evə yollandın,mən Hindistana.Sağ-salamat gəl!Görüşərik deyəndə,qəlbində ölüm ağrısı varmış.Sonra bildim mən,Tapşırıqlarını, borclarını vermisənmiş.Yarımçıq işlərini görmüsənmiş;neçə ay qabaq.Ölümü qəlbində, beynində saxlamısanmış,yaşadığına baxmayaraq.Ayrıldıq.Nə əlvida dedin,nə baxışındason görüşün ağrısı vardı!Nə sözlərində bir damla acı,nə dilindəürəyini boşaltmaq ehtiyacı.Bəlkə boşalsaydı ürəkbelə olmazdı heç.Nə bilək.
Divarda yeddi çopur qalıb.Sən yoxsan.Sən var olandabu çopurlar yoxdu.
Elə bil qaynar yağ çilənibdivarın üzünə.Yanıb divar yeddi yerdənyanıqlar xatirə qalıbyolu o məşum gecəninqaranlığında itənkədərdən.Yoxluğunla bitmədi sənət,bitməyəcək.Yaradacaqlar;bəlkə səndən yaxşı,bəlkə pis.Lakin sən yarada biləcəyinyaranmayacaq sənsiz.
Getdin:nə kimsəni incidib,nə kimsədən inciyib.Şikayətini eşidən olmadıdostlardan, tanışlardan;nə böyüyü, nə kiçiyi.Nə adınqara çərçivəyə düşdü qəzetlərdə,nə elan,nə nekroloq.Ağız büzənlər də oldu,qaş çatanlar da,çiyin çəkənlər də.“Nahaq” deyənlər dəÇox nahaq, çox!
Soruşan gərək,nə haqlasoxulursunuz araya,bu “nahaq-nahaqla!”Məgər qəlbinindərd qrammasını oxumuşdunuz?
Məgər fikriniköçürən olmuşdumaqnitofon lentinə!Məgər baxışlarınıtəhlil etmişdilərlaboratoriyada –Qəmi bu qədər!Ümidi bu qədər!Sevinci sıfırdan bu qədər yuxarı!Kim ölçmüşdü fikirlərininağırlığını,Arzularının imkan məsafəsini?Kim bilir,bəlkə bir insan şəfqətiləsığallamışdınhələ qurğuşun yükündəntaqəti qırılmamışqəlbini!Sığallamışdınvaxtından qabaqağrımasın deyə,göynəməsin deyə.
Məzəmmət deyil sözlərim.Sənin ölməyə haqqın olmayan kimimənim haqqım var deyəm:çəkilməmiş filmləri,tapılmamış mizanları,kimə tapşırdın?Bir damcı göz yaşı,bir təbəssüm,bir gülüş,bir insan sevincinə səbəb olacaqkadrları hara apardın?Bəlkə bir adama açsaydın qəlbinidaha bir neçə gün,daha bir neçə il,bəlkə uzun bir ömüryaşamağa yol tapardın;qızınıb ülfətlə, qayğıyla, məhəbbətlə.Nə qədər az olsa damehribanlıq cirəsi,bu ehtiyacla bağlıdır həyatainsan beyninin,insan qəlbinin hər hüceyrəsi.Getdin.Nə dilində nəğmə,nə son məktubunda şikayət,nə qəlbində kin.Hazırlaşdın o gedər-gəlməz yola,yaxın səfərə hazırlaşan kimi.Ehtiyat çörək götürmədin.Papiros qutusunu beləqoydun özünlə aparmayacağınpencəyin cibinə.Ancaq qırmalarıhəyatdan son hədiyyə kimi,neçə-neçə,doldurdun gilizə.Baxan deyərdi:yenə ova hazırlaşırMünhauzen.Kim deməzdi,öz qəlbindən başqa,bir də ov bərəsində yatmayacaqsandaha sən.Kim bilir, bəlkə,qırmalardan bir neçə kələ-kötürünüəvəz etdi hamarıyla, sığallısıylabir-bir.Kim bilir!Kim bilir!Divarda yeddi çopur:ömür adlanan qəribə yolunsonucu bu!Nə gərəkdir indi əllaməlik,
qəhmərlik, məzəmmət.Nə gərəkdir doğruya bənzəyənyalanlar.Nə haqla gedənləridarıyır qalanlar.Nə kimsəyə qadağandır bu yol,nə kimsəyə örnək.Lakin,fəlakətlər azalar yəqin,bağlı qalmasa ürək.
1964
¹ Kinorejissor Lətif Səfərovun intiharı münasibətilə yazılmışdır.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-rekviyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
GördümQarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,