Sən o başda,mən bu başda.Aramızda altı aylıq piyada yolu.Allo! – deyirəm.

Allo! – deyirsən.Səs aydın, anlaşıq asan.Elə bil yanımda,bir əl uzadımındasan.Bəzən yaxın oluruq,“Bahar” sözünü demək istəyəndodaqlar kimi.Bir budaqda yanaşı bitmişyarpaqlar kimi.Ancaq nə mən səni eşidirəm,nə sən məni.Xəbər tutmaram heçaləmə desən məni.

may, 1962

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri