Gər olsa nisadə elmü irfanÖvladə edər bu yolda iman.

Əksi olaraq bu müddəanın,Olmaz isə elmi bir ananın –

Övladə çatar haman cəhalət,Nə əql olur onda, nə fərasət;

Bitərbiyəliklə tifli-məsumAxırda olur səfilü məşum;

Saridir çünki işbu halət, –Həmcinsinə eyləyər sirayət.

Gözlənsə gərək hüquqi-nisvan,Ta kamil ola vüsuqi-nisvan.

Elm ilə olur hüsuli-izzət,Elm ilə olur nüfuzi-millət.

Elmə çağırır bütün əvamı“Əl-elmü fərizətün” kəlamı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət