Əqvalı-hikmətdən müqtəbis bir mənzum
Könül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.
Həkimi-kamil olmaqçın deyildir çox bilik lazım,Fəqət iqnai-nəfsə müqtədir olmaz kifayətdir.
Zəlalət əhli hər şey kəc anlar, kəc də hökm eylər,O kəs kim, doğru yolu fəhm edər - əhli-fəzilətdir.
Olur aləmdə şəxsin himməti miqdarı-fikrincə,Nə himmət gözlənir ondan ki, əfkarı qəbahətdir?
Pədərlə madərin nəşindən əsla təlxkam olma,Səni təkdiru təzir etsə də, bir dadlı şərbətdir.
Doğuşda ayrılırkən müxtəlif surətlərə insan,Məmatında onu yeksan qılan xaki-nədamətdir.
Cənabı-həq o bəhri-bigiranı-mərhəmətdir kim,Ona mülhəq olan insan şərəfyabı-səadətdir.
Kitabxana.az · https://kitabxana.az/works/sabir-eqvali-hikmetden-muqtebis-bir-menzum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey annın ay, üzün günəş, ey qaşların kəman!Ceyran gözün, qarışqa xətin, kakilin ilan!
"Gülüstan"-i-Sə’didən bir hekayeyi-mənzuməyə bənzətmə ("Yeki porsid əz on şəh geştə fərzənd")Yeki porsid əz on şəh geştə fərzəndKi, ey Əbdülhəmid1 əz to xirədmənd!
Füzuliyə bənzətməMəndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?Abrunun nolduğun bilsəydim, ar etməzmidim?
Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!