Bakı pəhləvanlarına
Könlüm bulanır küçədə cövlanını görcək,Nitqim tutulur hərzəvü hədyanını görcək.
Canım üzülür əldəki qalxanına baxcaq,Qəlbim alışır beldəki patranını görcək.
Baxdıqca revolverinə əndamım olur süst,Bağrım yarılır xəncəri-bürranını görcək.
Təfriq edəməm: məstmi, hüşyarmısan sən,--Məstanərəviş, məşyi-pərişanını görcək.
Düşdün lotuluq məşqinə, İslama uyuşma,Öldür nerədə olsa müsəlmanını görcək.
Qoy börkünü kəc qaşının üstündə, fırıldaKəndin kimi bir lotiyi-meydanını görcək.
Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,Yum gözlərini xaneyi-viranını görcək.
Əmrədlər ilə keyfıni çək bağda, çəməndə,Bir baxma da ətfali-ciyərqanını görcək.
Gah "iskoroxod" çəkmə, gəhi gey "lakoronni",Vellən gecə-gündüzdə xuramanını görcək,
Var-yoxunu sərf eylə barişnalara, ancaqSöy həmsəri-məzlumeyi-nalanını görcək.
Gül, gül ki, cavansan,Əyyaşi-cahansan,Sərxoşlara cansan!Vaxta ki, qocaldın,Rişi döşə saldın,Pis günlərə qaldınOnda biləcəksən!....
Kitabxana.az · https://kitabxana.az/works/sabir-baki-pehlevanlarina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!Vaqqıldama bayquş kimi, idbar dilənçi!
Rəhgüzari-məxluqatda bir möhtaci-məsarifEy dərbədər gəzib ürəyi qan olan çocuq!Bir löqmə nan üçün gözü giryan olan çocuq!
Ölüb əəə!Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!
Başqa şairlərin şeirləri · Satira
İndi qalmıştar təmamən intizar iranhlar',Bilmeyirlər məmləketde bir nə var iranlılar.
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
GapBirdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.