VəkilHəqsizə həqli deyi, bir çox günahlara batmışam.

HəkimDərdi təxşis etməyib, qövm-əqraba ağlatmışam.

TacirMən həlal ilə həramə bir birinə qatmışam.

RövzəxanÜmmətin pulun alıb, mən gözləri islatmışam.

DərvişNerdə bulsam soq açıb, min-min yalan söz satmışam.

SofiRuzü şəb həq-həq deyib, mən kəsi oynatmışam.

MollaGündə bir fitva verib, məxluqu çox aldatmışam.

ElmQəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam.

CəhlOrtada kef eyləyib, mən həm məramə çatmışam.

ŞairBülbülə, eşqə, gülə dair yalan fırlatmışam.

ƏvamAnlamam hərgiz, cəhalət bəstərində yatmışam.

QəzetçiMən çəridəm dolmaq üçün mətləbi uzatmışam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira