Ey fələk zülmün əyandır
Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahu fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər, qazetə, jurnala bu küfrişiyəmlər necə cürətlə rəqəmlər yazılıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət… aman, ey vah! Ay allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları bilməsə eyb eləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə bir kimsə də olmaya curət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət…
Budur aləmi-nisvan!Budur hali-müsəlman!Gərəkdir edə məhdudÖz övladını insan!Sən, əmma, hələ qanma!Inanmırsan, inanma!Fərəhlən əməlindən,Utanmırsan, utanma!…
Ey fələk, zülmün əyandır,bu necə dövri-zəmandır ki,işim ahu fəğandır,məni yandırma amandır,gözümün əşki rəvandır,ürəyim dopdolu qandır,hamı qəmdən bu yamandır ki,
neçə əhli-qələmlər,buraxıb canıma qəmlər,qarışıb dərd bəhəmlər,ürəyim indi vərəmlər,qazetə, jurnala bu küfrişiyəmlərnecə cürətlə rəqəmləryazılıb, islamə sitəmləreləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlərsaçılıb, məktəbi-nisvan açılıb,
qız balalar məktəbə hazır olalar,elmdə mahir olalar,fəzldə bahir olalar,
başdan-ayağə geyələr don,gedələr məktəbə on-on,
dutalar şiveyi-bidət,oxuyub nəhvlə hikmət,alalar dərsi-təbabət,bilələr cümlə kitabət,edələr yazmağa adət,itə ismət, bata iffət…
aman, ey vah! Ay allah!Bu qövm oldu nə gümrah!Bu nə şiveyi-ikrah!Bu nə zümreyi-bədxah!
Salıb aləmə pərxaş,bular lal ola kaş,düşə başlarına daş!
Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar,fəna karə bizi sövq eləmək fikrinə amadə olublar!
Qıza lazımdır əgər bilmək:o da ev işi, paltar tikişi,köhnə yumaq, yun daramaq, don yamamaq,səhnü səranı süpürüb,kasəni, qabı üfürüb,
küftə, kələm dolması, mət halvası, ət bozbaşı,ya lobyalı aş, bir dəxi təndir lavaşıeyləməyindəndir ibarətki, əgər bunları bilməsə eyb eləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət:biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə bir kimsə də olmaya curət,biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylətki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbətola təbdili-ədavət;biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət,nə qədər faidəsi var bu işin gər ola diqqətki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayətanası söyləsə bu adları filfövr edər övladını rahətvə qalar əqli səlamət,başı çəkməz də məlamət…
Budur aləmi-nisvan!Budur hali-müsəlman!Gərəkdir edə məhdudÖz övladını insan!
Sən, əmma, hələ qanma!İnanmırsan, inanma!Fərəhlən əməlindən,Utanmırsan, utanma!…
О судьба моя - ты злая,Что за дни пришли, не знаю,То и дело я стенаю,Не живу - в огне сгораю,Без конца в слезах, без краю,Сердце кровью обливаю,А сильней претерпеваю,Чем от горестей и бед, -От журналов и газет,Где писаки - хуже нет!Узнаю гяуров след! –У меня во цвете летОтнимают солнца свет,Смело пишут всякий бред,Ужасая весь ислам,Призывая здесь и там,В каждом городе, селеньеНе забыть о просвещенье:Школы девочкам открыть,Чтоб малютки во всю прытьМчались в классы по утрам,Получали пользу там,Чтоб к ученым степенямБыл для женщин путь открыт,Чтобы шли, забывши стыд,В новых платьях в новый быт:Та с грамматикой сидит,Медицину эта чтит,А у третьей важный вид -О природе говорит;Книги, письма, ох и ах,Гибель скромности, аллах,Страх и прах,Туман в умах,Всё - впотьмах;Такой размахВ их словахИ в их делах,В этой армии задир,Взволновавших целый мир -Чтоб язык их мертвым был,Чтобы камень их убил,Чтоб навеки мир забылИх слова и обращенье,Срам, бесстыдство, преступленье,Злое дело - просвещенье,Их тлетворное стремленье;Ведь и знанье и уменьеКаждой девушки лишь в том,Чтоб держать в порядке дом:Шить одежду и стирать,Шерсть расчесывать и ткать,Тряпки старые латать,Дом и дворик подметать,Каждый раз посуду мытьИ - варить,Варить,Варить,Заслужив гостей хвалу,Голубцы, кюфту, халву,Из баранины - бозбаш,Из фасоли - кашу каш,Фисинджан, чурек, лаваш, -Вот и всё, что нужно знатьТем, кто есть жена и мать,А не знаешь - не беда:Знанье главное всегдаЗаключается в другом,Суть его, во-первых, в том,Что, пришедши к мужу в дом,Огрызайся, прекословь -Будь там свекор иль свекровь, -Чтоб не смели возражать,А умели уважать,Во-вторых - пускай женаБудет хитрости полна:В мужа с деверем онаБросить розни семенаОбязательно должна,Чтобы дружбу многих летВ десять дней свести на нет,В-третьих - знать важней всегоВсех чертей до одного:Джиннов, леших, домовых,Самых страшных, самых злых,Никого не позабыть,А напротив, проявитьЗдесь особенную прыть,Чтобы пользу получить,Если здраво рассудить:Скажем, стал ребенок нытьИли попросту шалить -Имя черта назовешь,Шалунишку бросит в дрожь -И ребенок стал хорош;Так вот сразу и уймешь -И от всех забот уйдешьИ душою отдохнешь.Повелел ислам идтиЛишь по этому пути.Ограничивай дитя,Чтоб его от бед спасти!Разобраться не берись,Делом начатым гордись!Что? Не веришь? Ну, не верь!Не стыдишься? Не стыдись!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-ey-felek-zulmun-eyandir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baş tutdu müəllimlərin iclasi-siyezdi,Ey vay, uçitellər yenə dərkar olacaqdır!..
Çapma atını, girmə bu meydanə, a Molla![ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]Çapma atını, girmə bu meydanə, a Molla!
İki cavablara bir cavabLoğalaşıb, a görməmiş, çox da belə fırıldama!Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!
Soldumu gülzarın, ey Faiqi-Ne’man pəsərSoldumu gülzarın, ey Faiqi-Neman pəsər,Laleyi-ne’manların oldumu xunincigər,
Başqa şairlərin şeirləri
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
PulYarəb nə şurdur ki tutubdur cahanı pul,Vurmuş biri-birinə zəmin və zəmanı pul.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,