Müəllimlər siyezdi
Baş tutdu müəllimlərin iclasi-siyezdi,Ey vay, uçitellər yenə dərkar olacaqdır!..
Zənnimcə mənim, işbu yığıncaqda həmanaBildirki məsail1 yenə təkrar olacaqdır.
Təşkil edəcəklər kişilər məktəbi-nisvan,Qızlar oxuyub cümlə şərəfdar olacaqdır.
Hər şəhrdə bir məktəbi-sən’ət açacaqdır,Oğlanlar alıb həndəsə, me’mar olacaqdır.
Tətbiq edəcəklər yazını şiveyi-türkə,Sibyan da sühulətlə xəbərdar olacaqdır.
Təsnif olunub tazə kütüb türk dilində,Hər kəs oxuyub elmlə bidar olacaqdır.
Bu bir, iki, üç məs’ələdə yox o qədər bak,Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.
Lakin bu yamandır ki, iki məzhəbə rəğmənBir məs’ələ üstündə də göftar olacaqdır.
Sünnilik ilə şiəliyi qaldıracaqlar,İslamə yetib rəxnə, xələldar olacaqdır.
Qardaş biləcək bir-birini şiə və sünni,Hər əmrdə hətrə’yü həməfkar olacaqdır.
Məzhəbləri biryanlıq edib bu uçitellər,Ancaq yavan islam adı təzkar olacaqdır.
Əfsus, səd əfsus sənə, ey gözəl islam!Kimlər sənə gör indi tərəfdar olacaqdır!?
Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlarDin qədri bilib, mö’minü dindar olacaqdır!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-muellimler-siyezdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mollalar, taleimiz oldu əcəb yar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!
Mən şahi-qəvişövkətəm, Iran özümündür!Mən şahi-qəvişövkətəm, Iran özümündür!İran özümün, Rey, Təbəristan özümündür!
Qoyma, gəldi! ("Xandostu, amandı, qoyma gəldi!")Xandostu, amandı, qoyma, gəldi!Didarı yamandı, qoyma, gəldi!
İstiqbalımız lağlağdırİnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,
Başqa şairlərin şeirləri · Satira
Üç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Oğulun cavabıMəni təhrik eləmə alverə, vicdansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!
Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”)Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.