Saxtə bir xətti-xam ilə mənə kağız yazıb,Ey məni təhdid edən min dürlü tə’kidat ilə!Boylə: "Xortdan gəldi, dur, qaç!" sözlərin get tiflə de!Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira