Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!

Aləmə tə’sir elədi ahınız,Doğdu yenə behcət ilə mahınız,Yada salır sizləri öz şahınız1,Günbəgün abad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!

Yar olacaq sayeyi-sultan sizə,Eyləyəcək lütfi-firavan sizə,Çün gələcək Məmdəli mehman sizə,İndidən irşad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!

Dərdü qəmi, qüssəni bir yan atın,İstəyəcək məqsədə yeksər çatın,İndi dəxi həşrə qədər bərk yatın,Xab görüb şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira