Birinci pərdə
Səhifə 5 / 5 · 80%
Surxay
Kimdən?
Musa
Kimdən? O yarı-mehribandan, gülü-reyhandan, gözləri ceyrandan.
Surxay
O mənim gözlərim üstə. Xudahafiz! (Gedir)
Musa (öz-özünə zümzümə eləyir).
Başıma vursan çəkic, zindanın ollam mən sənin,
Başına hər gün dönüb, qurbanın ollam mən sənin.
Salmanov və Mirzə Hüseyn gəlirlər.
Mirzə Hüseyn
Salaməleyküm, Musa dayı.
Musa
Mən yenə hansı insan övladının səsini eşidirəm?
Salmanov
İnsan övladının yox, Mirzə Hüseynin səsini eşidirsən, Musa dayı.
Musa
Ay əleyna-vəəleykümüssin-vəllam.
Mirzə Hüseyn
Vəllam, vəllam, Musa dayı. Sənə bir işimiz düşüb.
Musa
Hamı bilir ki, mənim əlimdən iş qurtarmaz. Deyin, canını alım.
Mirzə Hüseyn
Yoldaş Salmanov bu saat ərz elər.
Salmanov
İşimiz çox təcilidir, Musa dayı.
Musa
Bir məsəl var, deyərlər ki, əttəənni minəlrəhman, eləcələyi minəlşeytan.
Salmanov (Mirzə Hüseynə)
Nə deyir?
Mirzə Hüseyn (yavaşdan)
Qurandan sitat gətirir.
Salmanov
Musa dayı, səhvən özümlə lüğət götürməmişəm. Bu dediklərinin mənası nədir?
Musa
Yəni, tələsmək şeytan işidir.
Mirzə Hüseyn
İndi tərsinədir. Musa dayı, insanlar tələsməkdə o qədər məharət qazanıblar ki, şeytan özü barmağını ağzına qoyub tamaşa eləyir.
Musa
Onu bilmirəm, çünki şeytanlarla sizin əlaqəniz var, mənim yoxdur. Sözünüzü deyin.
Salmanov
Musa dayı, bizim kolxozun arabalarının təkərlərini təmir eləmək lazımdır. Taxıllar çöldə qalıb, maşınlar çatışdıra bilmir.
Musa
Əlqanisətin müstəqrizəlrəzin.
Salmanov
Nə dedi?
Mirzə Hüseyn
Deyəsən, istiqrazdan danışır.
Salmanov
Yox, deyəsən, rezindən düzəltməyi məsləhət görür. Nə buyurdunuz, Musa dayı?
Musa
İşiniz düzəlmədi. Kolxozdan sifariş qəbul olunmur.
Mirzə Hüseyn
Nə üçün? Kolxozla düşmənçilik eləyirsən?
Salmanov
Bu cür sözü bir dedin, bir də demə... Axırı pis olar.
Musa
Dedim, qurtardı. Siz yox, lap böyüyünüz Kərəmov da gəlsə, yenə mən sözümü geri götürmərəm. Kolxozdan sifariş qəbul olunmur. Vəssalam.
Kərəmov gəlir.
Mirzə Hüseyn
Rədd eləyir, yoldaş Kərəmov.
Salmanov
Deyir, kolxozdan iş götürmürəm.
Kərəmov
Kolxozun sifarişini qəbul eləməyən sizsiniz, yoldaş molla Musa?
Musa
Mən səninlə yoldaşlıq eləməmişəm, o adı da mənə vermə.
Kərəmov
Demək, sən yoldaş sözünün əleyhinəsən? Salmanov!
Salmanov
Buyur, yoldaş Kərəmov.
Kərəmov
Yaz, altından qol çəksin.
Musa
Çəkil gözlərimin səkisindən.
Kərəmov
Sənin bizim işlərimizi qəbul eləməməyə ixtiyarın yoxdur.
Musa
Sənin də mənim üstümə çığırmağa ixtiyarın yoxdur. Mən sənin sədr olduğun kolxozun üzvü deyiləm, işini də görməyəcəyəm.
Kərəmov
Görəcəksən!
Musa
Görməyəcəyəm!
Kərəmov
Səni bu işə zor ilə məcbur eləyərəm.
Musa
Mənə zor eləyən adam hələ anadan olmayıb.
Səs-küyə kolxozçular yığışırlar.
Mehralı
Musa, inad eləmə.
Şirəli
Sən bu işin ustasısan, rədd eləmə.
Musa (Kərəmovu göstərir)
Bu olan yerdə mən yoxam. Dedim, qurtardı.
Kərəmov
Salmanov, yaz! Bu saat mən sənə bildirərəm. Düz mərkəzə xəbər verəcəyəm.
Musa
Çəkil o yana, mənim üstümə kölgə salma! Mən...
Surxay və Ziynət içəri girir. Musa onları görüb özünü itirir.
Surxay
Bu nə yığıncaqdır? Nə olub?
Ziynət
Yoldaş Kərəmov, arabalar düzəldi?
Kərəmov
Yox, dəmirçi molla Musa, bir təktəsərrüfatçı kimi kolxozun işlərini pozmaq üçün sifarişləri qəbul eləmək istəmir.
Mirzə Hüseyn
Qəti boynundan atır.
Salmanov
Özü də hədərən-pədərən danışır.
Ziynət
Ola bilməz, Musa dayı, doğrudurmu ki, kolxozun sifarişlərini qəbul eləmək istəmirsiniz?
Musa özünü itirmişdir, dinmir.
Surxay
Musa dayı, nə olub sizə?
Ziynət
Bəlkə bizimlə danışmaq da istəmirsiniz, ay Musa dayı?
Musa
Can, can ağrın alım, nə buyurursan?
Ziynət
Kolxoza kömək eləməkdən boyun qaçırırsınız?
Musa
Nə danışırsan, gülüm? Sənin bütün tapşırıqlarını yerinə yetirməyə hazıram.
Kərəmov
Hazırsan?
Musa (Kərəmova)
Sən çəkil gözlərimin səkisindən. (Ziynətə) Buyur! Əmr səndən, ifası məndən.
Ziynət
Sağ olun, Musa dayı. Siz ki, mənim sözümdən çıxmadınız, sağ olun.
Kərəmov
Salmanov, protokol bağla. Dəmirçi Musa təkərləri üç günə təhvil verməlidir.
Musa
Təkərlər bir günə hazır olacaq. Çəkilin kənara, mən işə başlayıram.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-toy-birinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*
Şirin bülbül1**Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz.
Nəfəs puluƏsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
Başqa şairlərin şeirləri
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?