در آن زلف سیه دلهای خونین میشود پیدا
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
در آن زلف سیه دلهای خونین میشود پیدادرین سنبلستان آهوی مشکین میشود پیدا
O qara zülfün əsiri necə miskin görünər?Sünbülüstanda axı ahuyi-mişkin görünər.
به دامن میرسد چاک گریبان گلعذاران رابه هر محفل که آن دست نگارین میشود پیدا
Aşiqin yetməz əli, sanma, yarın daməninə,Harda ki gülşən olar, orda da gülçin görünər.
به هر صورت که باشد عشق دل را میدهد تسکینکه بهر کوهکن از سنگ شیرین میشود پیدا
Eşq olan qəlbə elə eşq özü təskinlik olur,Eşq ilə dağ çapana surəti-Şirin görünər.
سیهروزی ندارد عشق او چون من که مجنون راز چشم شیر، شمع از بهر بالین میشود پیدا
Heç kəsin baxtı qara olmadı mən Məcnuntək,Başımın üstə yanan şam belə qəmgin görünər.
به نومیدی مده از دست خود دامان شبها راکه از خاک سیه گلهای رنگین میشود پیدا
Naümid kəslərə hicran gecəsi sonsuz olar,Ümid olsa, qara yer gül kimi rəngin görünər.
گرانیهای غفلت لازم افتاده است دولت راکه در جوش بهاران خواب سنگین میشود پیدا
Bu ağır yatmağı sanma özünə dövlət əbəs,Axı yaz fəsli yuxu daş kimi səngin görünər.
سبکروحانه سر کن گر سبکباری طمع داریکه در دل کوه غم از کوه تمکین میشود پیدا
Yüngül ol, mənzilə çat, yüngül elə öz yükünü,Bil ki, qəm dağa dönər kimdə ki, təmkin görünər.
Məqtə — şairin təxəllüsü olan son beyt. ز حرف عشق، صائب میروند افسردگان از جااگر در مردهها جنبش ز تلقین میشود پیدا
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşqidə miskin olan meydanı tez tərk eləyir,Saib, ancaq ölülər eşqidə miskin görünər.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-324
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Belin nazik, qəddin suca, üzün gül,Məlahəti sən cananda görmüşəm.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır