بتان که خون شهیدان چو آب می نوشندکجا ز ساغرومینا شراب می نوشند

چه تشنه اند به خون حجاب خوبانیکه باده شراب در اثنای خواب می نوشند

ز خواب مستی آن چشمه ها یکی صد شدبه خواب تشنه لبان دایم آب می نوشند

چه کشوری است محبت که خاکسارانشز کاسه سرگردون شراب می نوشند

دل سیاه درونان نمیشودروشناگر می از قدح آفتاب می نوشند

رسیده اند به سرچشمه رضاجمعیکه آب تلخ به جای گلاب می نوشند

مسافران توکل به ساغر لب خشکزلال خضر ز بحر سراب می نوشند

Məqtə — şairin təxəllüsü olan son beyt. مگر ز روز حسابند بیخبر صائبجماعتی که می بی حساب می نوشند

Aşiqin qanın içən dilbər əgər çəkmir əzab,Nəyə lazımdı ələ badə alıb içsə şərab.

Mayası qanla tutulmuş, qanı gizlində içər,Hamıtək badə içəndə eləməz əsla hicab.

Özgə aləmdi bu eşq aləmi, aşiq bəzənDövranın kəllə tasında çəkir o, başa şərab.

Qaraqəlb insanın heç vaxt ürəyi olmaz işıq,Günəşin şöləsini mey kimi içsə o cənab.

Yetişib bir bulağın başına bir dəstə adam,O acı çeşməni nuş eylədilər misli-gülab.

Ölsə aşiq, yenə də eşq, məhəbbət ölməz,Yuxuda təşnəyə çaytək görünür hətta sərab.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu camaət yada salmırmı məgər axirəti?Bu qədər mey içilər, Saib, hanı həqqi-hesab?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq