هر ساغری به آن لب خندان نمی‌رسدهر تشنه‌لب به چشمه حیوان نمی‌رسد

Hər badə yəqin ol ləbi-xəndana yetişməz,Hər təşnə ürək çün abi-heyvana yetişməz.

آه من است در دل شب‌های انتظارطومار شکوه‌ای که به پایان نمی‌رسد

Ölmək nədi ki, döndərə bilsin bizi yoldan,Tufan qopa hər dəryada, bu cana yetişməz.

عاشق کجا و بوسه آن لعل آبدارآب گهر به خار مغیلان نمی‌رسد

Xoş günlərinin qeydinə qal, qədrini bil sən,Misrin küləyi əssə də, Kənana yetişməz.

از جوش عاشقان نشود تنگ خلق عشقتنگی ز کاروان به بیابان نمی‌رسد

Aciz özüməm, zərrəcə yox təqsiri yarın,İş ötmüş, əlim bir daha canana yetişməz.

کارم به مرگ نخواهد گذاشت عشقاین کشتی شکسته به طوفان نمی‌رسد

Dilsiz gecənin qəlbinə ahım əsər eylər,Əfsus, bu şikayətlərim heç yana yetişməz.

در کشوری که پاره دل خرج می‌شودانگشتری به داد سلیمان نمی‌رسد

Bir busə umar qəlbi yanan yar dodağından?Gövhərdəki su axsa, biyabana yetişməz.

وقت خوشی چو روی دهد مغتنم شماردایم نسیم مصر به کنعان نمی‌رسد

Aşiqlər haçan xalqı edib eşqilə diltəng?Məcnun harayı səhrada karvana yetişməz.

کوتاهی از من است نه از سرو ناز مندست ز کار رفته به دامان نمی‌رسد

Bir ölkədə ki, qəlbi satıb pul ala insan,Satsa üzüyün, xeyri Süleymana yetişməz.

Məqtə — şairin təxəllüsü olan son beyt. هرچند صبح عید ز دل زنگ می‌بردصائب به فیض چاک گریبان نمی‌رسد

Məqtə — şairin təxəllüsü olan son beyt. Bayramda ürək şad olur, ancaq yenə, Saib,Bu şadlıq, inan, hər duyan insana yetişməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq