وصل و هجرست یکی چشم و دل حیران را
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
وصل و هجرست یکی چشم و دل حیران راکه زر و سنگ تفاوت نکند میزان را
Vəslü hicran bir olar qəlbdən heyran olana,Daşını qoy, tərəzi başını əysin o yana.
کار موقوف به وقت است که چون وقت رسیدخوابی از بند رهانید مه کنعان را
İşi vaxtında görərlər, necə ki, vaxt oldu,Yusifin yatması da etdi kömək bir gün ona.
اشک اگر پای شفاعت نگذارد به میانکه جدا می کند از هم دو صف مژگان را؟
Göz yaşı axmağa başlarsa şikayət edərək,Kirpiyin səfləri mümkünmü önündə dayana.
به که ارباب شفاعت به سر خویش زنندنکهت منت اگر هست گل احسان را
Gül ki öz ətrini ehsan eləyib minnətsiz,Yaxşıdır, minnəti qaytar elə minnət qoyana.
Məqtə — şairin təxəllüsü olan son beyt. گر شود دولت بیدار مساعد روزیصائب آن نیست فراموش کند یاران را
Məqtə — şairin təxəllüsü olan son beyt. Saib, ay üzlü gözəl kaş yad edə dostlarını,Bu yatan bəxtin ümid var ki, o dəmdə oyana.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-541
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Qəlbimtək tutqundur payız səmasıQəlbimtək tutqundur payız səması,Axır gözlərimdən yaş gilə-gilə,
Bir az da səbr elə, ey yari-mehriban, gəlirəmBir az da səbr elə, ey yari-mehriban, gəlirəm,Sənin yolunda fədadır bu cismü can, gəlirəm.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi