Çalışan qazanar
Yaydı, isti bir gün idi,Ağaclar çox ölgün idi.Göydən yerə od yağırdı,Solmaz Eldarı çağırdı:– Qardaş, gəl, bağçaya gedək,Çiçəklərə bir baş çəkək.Çoxdandır su içmir güllər,Bəlkə solub qərənfillə,Bağçaya getdilər yügrək,Gördülər hər gül, hər çiçəkYerə əyib şax boynunu,Yamyaşıl o atlas donuYaman solub saralıbdır,Hamısını dərd alıbdır.Eldar qəmləndi bu işə;Acıqla baxdı günəşə,Dedi: – günəş, nə yamansan,Çiçəkləri solduransan!Neçin vurdun bu ziyanı,Soldurdun güllü bağçanı?Günəş gülümsədi: – “Sağ ol!Məndən ziyan gəlməz, oğul!Hər şeyə can verən mənəm!Qüvvət, ət, qan verən mənəm!Bu böhtandır, ay uşaqlar!Məndə axı nə günah var?Güllər su içmir üç gündür,Odur ki, onlar ölgündür.Oğlum, hər şey sevir zəhmət,Tənbəl ziyan çəkər, əlbət!Məndən gəlməmiş bu ziyan.Çox qazanar, çox çalışan.Zəhmətsiz bal yemək olmaz”.Utanaraq Eldar, SolmazSuladılar çiçəkləri,Puç olmadı əməkləri.Güllər yenə cana gəldi,Bağça ətə-qana gəldi.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-calisan-qazanar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.