İstəkli nəvəm Ülkərə
Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.Mən ulduzlar içində ona çoxdan vurğunam,Görününcə üzümə işıq səpər Ülkərim.İyulun əvvəliydi, ağarırdı dan yeri,Baxdım göyə, göründü, verdi xəbər Ülkərim:– Gözün aydın, bir nəvən oldu mənə bərabərBu xəbərlə qəlbimdən sildi kədər Ülkərim.Baxdım qızın üzünə, Ülkər qoydum adını,Yerdə, göydə doğmuşdu iki səhər Ülkərim.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-istekli-nevem-ulkere
← → düymələri ilə keçid, R — təsadüfi şeir