Üzümdə gərdi-təkəddür niqab şəklində.Gözümdə əşki-təhəssür hübab şəklində.Peyimdə heykəli-mazi və hal bir kabus,Önümdə səfvəti-ati iqab şəklində.Başımda fövci-xəyalat axın-axın dolaşır.Üfüqdə parçalanan bir saha şəklində.Cəfayla qəlbimi dəlməkdə tiği-istibdad.Alovlara yakılır həm kəbab şəklində.Uzaqda dalğalanan, parlayan geniş qumsal,Görünmədə gözümə bir sərab şəklində.Ümid, yəs arasında yuvarlanan könlümMələr içimdə qırıq bir rübab şəklində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri