Səhifə 2 / 2 · 50%

Elman. Mən dəmirçi oğlu Elmanam.

Şahmar. Aha, dəmirçi oğlu Elman! Dünənki uşaq, ha... ha... ha...

Lələş (uzaqdan). Bəs, dəmirçi oğlu Elman odur?

Elman. Sən mənə Gözəlin yerini göstərməlisən!

Şahmar (toppuzu çəkir). Al, göstərim sənə. (Toppuz ilə Elmanı vurur)

Elman onu rədd edərək ilk zərbədə qılıncla Şahmarı öldürür. Bu tilsimli pəhləvanın
dərhal ölməsi onda təəccüb oyadır, heyrətlə qılınca baxır. Sonra Biliciyə tərəf gedir.

Elman. Gün aydın, baba!

Bilici. Aydınlıqlar içində! (Elmanın qılıncına baxaraq) Nə arzun var, oğlum?

Elman. Baba can, qılınca qalxan istəyirəm.

Bilici. Arxamca gəl!

Elman ilə qoca gedir. Şimşad əlində sandıq Lələşə yanaşır.
Lələş Elmana tərəf qaçır.

Şimşad. Ey, dur!.. Kimsən sən?

Lələş (tərəfə). Qoy buna da bir qorxu gəlim. (Şimşada) Mən? Mən pəhləvanam...

Şimşad. Bilirəm pəhləvansan ey igid oğlan!

Lələş. Sən hardansan?

Şimşad (qorxa-qorxa). Bu yaxın kənddənəm.

Lələş. O sandıq sənə hardan? O ki mənimdir!..

Şimşad. Sənindir?

Lələş. Bəli, mənimdir. Mən onun içində oturub göylərə uçuram.

Şimşad (tərəfə). Dinmə, bu Elmandır (Lələşə) Sizə Simurq quşunun qanadları üzərində uçmaq daha çox yaraşır. Siz sandığı neyləyirsiniz?

Lələş. Mən onda uçuram, uçuram.

Şimşad. Sənin kimi böyük pəhləvan bu sandığa necə sığışar?

Lələş. Elə yaxşı büzülüb sığışıram ki!..

Şimşad. Yox, inanmıram, pəhləvan.

Lələş. İnanmırsan?

Şimşad. Yox, inanmıram.

Lələş. (sandığı dartıb alaraq). Mən səni inandıraram. (Sandığa girib büzülür) Bax, belə!..

Şimşad (tez sandığın ağzını örtür). Ha, ha, ha... Dəmirçi oğlu

Elman sandıq içində. Quzğun şaha ən böyük hədiyyə!

Quzğunşah, vəzir və divlər gəlir.

Şimşad (baş əyərək). Padşahım, sizə çox böyük hədiyyə gətirmişəm. (Sandığı göstərir).

Quzğunşah. Nədir o?

Şimşad. Dəmir oğlu Elman!

Quzğunşah. Necə, Elman?! Çıxarın onu sandıqdan.

Şimşad sandığın yanında fırlanır, divlər sandığın ətrafını alır,
Şimşad sandığın ağzını açır.

Şimşad. Çıx sandıqdan!

Lələş (başını çıxarıb divlərə baxır, qorxa-qorxa). Bu...ba... ba...ba...ba...

Vəzir (acı-acı gülərək). Bu Elman deyil. Siz kimi tutub gətirmisiniz?

Quzğunşah. Çıx sandıqdan!..

Şimşad onun qolundan tutub çıxarır.

Lələş (qorxa-qorxa onlara baxıb titrəyir). Bu... ba... ba... ba...

Quzğunşah. Adın nədir?

Lələş. Adım? Lələş!

Vəzir (gülə-gülə). Aslan yerinə dovşan tutmuşlar. (Lələşə) Sən nəçisən?

Lələş. Nə?

Vəzir. Nəçisən?

Lələş. Mən?.. mən... (sol qolunu saz kimi uzadır, sağ barmağı ilə çalaraq) Belə var ha!..

Quzğunşah. Belə nədir?

Lələş. Belə, belə... çalğıçıyam.

Vəzir. Yaxşı çala bilirsənmi?

Lələş. Hə, yaxşı çalıb-oxuyuram. Mən oxuyanda bülbüllər susur, qurbağalar qur-qur quruldaşır.

Divlər gülüşür. Lələş qolunu saz kimi çalır, divlər oynamağa başlayır.

Quzğunşah. Bunu götürün saraya, çalıb-oxusun, bəlkə gözəlin könlü açılar. (Şimşada) Yalançı pəhləvanlar! Tanımadığınız Elmanı Gözəllər kəndində havaya necə fırıllatdınız? Görünür hər sözünüz yalandır. (Acıqlı). Quzğun şahın əmri qətidir. Ya Elmanın başı gəlməli, ya da sənin başın yerindən üzüləcək.

Şimşad. Əmrinizə itaət borcumuzdur, şahim!

Divlər lələşi əlləri üstündə aparırlar. Quzğun şah, vəzir, Şimşad gedirlər.

Elman (əlində qılınc və qalxan görünür). Ey gözəl ölkə, ey bərəkətli torpaq, hər zaman bahar qoxusu verən sevimli ana qoynunda indi düşmənlər yatır. (Sayırma qılınc ilə getmək istərkən yer yarılır əllərində zəncir dörd div çıxır)

Divlər. Dayan, oğlan, dayan! Gəl sən də bu zəncir altına gir!

Elman. Mən əsarət zənciri altına girmək üçün yox, o zənciri parçalamaq üçün doğulmuşam. (Hücum edir, divlərdən ikisini öldürür, ikisi qaçır)

Səs-küy çoxalır, qorxunc səslər gəlir. İfritəcaduÜlkər,
qiyafəsində Elmana yanaşır.

İfritəcadu. Ey gənc qəhrəman, xoş gəlmisən!..

Elman. Sən kimsən?

İfritəcadu. Mən Dünya gözəlinin rəfiqəsi Ülkərəm.

Elman. Xatırlayıram.

İfritəcadu. Dünya gözəli düşmən əlində əsirdir, onu qurtarmaq lazımdır.

Elman (başını köksünə dikərək). Gözəl! Gözəl!

İfritə cadu əlində kösöy fırlanır, yer yarılır, Elman qurşağa
qədər yerə batır, ətrafını alov bürüyür.

İfritəcadu. Ha, ha, ha!.. Dəmirçi oğlu, gecikmə, Dünya gözəli yolunu gözləyir.

Elman. Ah, yandım, yandım, hiyləgər qarı!

Divlər şənlik edir, oynayır.

İfritəcadu. Sən ömrün uzun bu atəş içində yanacaqsan!

Əllərini bir-birinə vurur hamı gedir.

Elman. Ah, Gözəl... Gözəl!..

Bilici gəlir.

Bilici. Uğur olsun, elin igid oğlu!..

Elman. Uğurlar olsun baba, mənmi igidəm?

Bilici. Sən! Sən!

Elman. İgid olsaydım Gözəlim düşmən əlində əsir, mənim də boynumda odlu zəncir olmazdı.

Bilici. Oğlum, dağ başına qış düşər, igid başına iş. İldırım hər zaman uca yerlərə düşər. Söylə, əsir olan Dünya gözəlini düşmən pəncəsindən kim qurtaracaq? Qorxaq, bacarıqsız adamcığazlarmı? Yox, onu xalqın sənin kimi namuslu, igid oğlanları qurtaracaq.

Elman. Yandım, yandım! Bu tilsimdən qurtula bilsəydim!

Bilici. Düşünmə, oğlum! Səni qurtaracaq əllər az deyil! (Əli ilə işarə edir)

Ey səadət çiçəkləri,

Bilik, hünər mələkləri!

Yaşıl otlar içindən qızıl gül, lalə, bənövşə, qərənfil,
zanbaq şəklində qızlar çıxaraq, Biliciyə yanaşır.

Qızlar Salam, salam, qoca baba!

Ey Bilici uca baba!

Sənsən verən işıq, bilik,

Hər əmrinə baş əyirik.

Bilici. Dardadır elin vicdanı;

Qurtarın bu qəhrəmanı!

Qızlar Elmana yanaşır. Bilici yavaş-yavaş çəkilib gedir.
Qızlar Elmanın ətrafında dolaşır.

Qızlar. Sən ey cadu atəşi, sön!

Tilsim, qırıl, boz külə dön!

lman özünü azad hiss edincə qızlara yanaşır.

Elman.

Kimsiniz, ey gözəl qızlar?

Sizdə bilik və hikmət var.

Qızlar. Bizik elin dilbərləri.

Elman. Solmaz çiçəkdir hər biri.

Ey gəlinlər, qönçə qızlar,

Sizi gördüm, yarı andım;

Ürəyimin başı sızlar,

Bağçalarda barı andım.

Bostanımın göy tağında,

Elimin zümrüd bağında,

Yeniyetmə gül çağında

Şamamanı, narı, andım.

Sönməz yanğın var canımda,

Qurdlar gəzir ormanımda,

Əsir düşmüş ceyranımda

Şimşək baxışları andım.

Qızlar Durma, söylə kimsən, oğlan?

Elman. Dəmirçiyəm, adım Elman.

Qızlar. Söylə kimdir, o sevgilin,

Qızdır, qadındır, ya gəlin.
Elman

Dünyada yox ona bədəl,

Adı Gözəl, özü gözəl.

Bu ellərin ürəyidir,

Uca, sönməz diləyidir.

O nazlı dilbəri röyada gördüm,

Dağınıq saçını daradım, hördüm,

Yollarda hər eldən, oymaqdan sordum;

Sevgilim canandan xəbər verən yox.

Sizə çox bənzərdi boyu, buxunu,

Baxışı, gülüşü, incə tül donu.

Günəşdən, ulduzdan, soruşdum onu,

O pəri vicdandan xəbər verən yox.

Qara, gur saçından on dörd hörük var,

Ağlarkən gözündə incilər parlar;

Yalvardı: – Divlərdən gəl məni qurtar!

O zalım düşməndən xəbər verən yox.

1-ciqız.

Ey namuslu, gözəl oğlan,

Sənə qıymaz əcəl oğlan!

Üz-gözündən uçsun kədər,

Otur bir az, dincəl, oğlan!

2-ciqız.

Qaranlıqdan doğar səhər,

Günəş gülər şən elinə,

Qarşında var şanlı zəfər,

Qovuşarsan gözəlinə.

3-cüqız.

Bu elin gözəli alma bağında,

O zümrüd qəsirdə, div qucağında,

Ləkələr düzülmüş al yanağında,

Gecə-gündüz ağlar, oğlan, durma get!

4-cüqız.

Göyəmli dağların qatı bucağı,

O quldur divlərin olmuş yatağı.

Elinə, ölkənə onlardır yağı,

Qurşan qılınc, qalxan, oğlan, durma, get!

1-ciqız.

Qəlbində sıxıntı, qayğı, kədər var.

Gözləri yolunda çəkər intizar.

Yaşlar kirpiyindən inci tək axar,

Göy, tanrı olsun yar, oğlan, durma, get!

Qızlar yox olur, Elman heyrətlə onların dalınca baxır.

Elman. Ah, ölkəmin parlaq günəşi sönmüş, canlı çiçəkləri solmuş, coşqun çayları qurumuş. Bax nələr olur! Dünya gözəli yadlar qucağında saralıb solur.

Şimşad ilə İfritə cadu görünür. Ağac altında bir-birilə gizlin danışırlar.
Şimşad qoca falçı qiyafəsində, ifritə əlində böyük bir kitab Elmana tərəf gəlir.

Elman. Gün aydın, baba!

415 415

Şimşad. Aydınlıqlar içində, oğlum! Sən bu yerlərdə nə gəzirsən?

Elman. Baba, qiymətli bir ov itirmişəm, onun sorağında gəzirəm.

Şimşad. Bilirəm, oğlum, bilirəm, o ov tək sənin üçün qiymətli deyil, bütün el-oba üçün qiymətlidir.

Elman. Baba, sən kimsən, əlindəki o kitab nədir?

Şimşad. Mən insanların gələcəyini göstərən qəzavü-qədər mələkiyəm. Bütün insanların başına gələn bu kitabda yazılmışdır.

Elman. Elə isə, bax, gör bu səfərdə mənə nə görünür?

Şimşad (Kitabı vərəqləyib Elman baxır). Sən dəmirçi oğlu Elman deyilsənmi?

Elman. Dəmirçi oğlu Elmanam, baba!

Şimşad. Dünya gözəli Quzğun şahın sarayındadır. Sən onun sorağında gəzirsən.

Elman. Doğrudur, baba, doğrudur. Mən o Dünya gözəlini bir də görə biləcəyəmmi?

Şimşad (kitabı vərəqləyərək). Oğlan, bu qara xəbəri sənə necə söyləyim?

Elman. Tez söylə, kitabda nə görünür?

Şimşad. Söyləyim, ancaq yolun gedər-gəlməzdir.

Elman. Məni heç bir şey qorxuda bilməz.

Şimşad. Oğlan! Gəncliyinə yazığın gəlsin, bu yol başdan-başa ölüm və fəlakətdir. Bu yoldan qayıt, getsən, salamat qayıtmayacaqsan.

Elman. Onunla görüşmədənmi öləcəyəm?

Şimşad (kitabı vərəqləyərək). Oğlan, yolunda can qoyduğun Dünya gözəli səni çoxdan unutmuş, Quzğun şahın sarayında gecəgündüz kefdə, eyş və işrətdədir.

Elman (qılıncını sıyıraraq). Sus, qoca falçı!

Şimşad. Mən neyləyim, kitab belə göstərir.

Elman. Tfu sənə, tfu sənin kitabına! (Acıqlı gedərkən İfritə cadu bir qadın qiyafəsində quyu ağzında saçlarını yolub ağlayır. Elman ona yanaşır) Nə üçün ağlayırsan, xala?!

İfritəcadu. İgid oğlan, o boy-buxununa canım qurban, balamı səndən istəyirəm. (Qarşısında diz çökür)

Elman. Balana nə olmuş?

İfritəcadu. Quyuya düşdü. Ah, yazıq balam, yazıq balam!

Elman. Necə oldu düşdü!

İfritəcadu. Kəndə gedirdik, bir az dincəlmək üçün quyu ağzında oturduq, quyu başında uşaq oynayırdı, birdən ayağı sürüşüb yıxıldı. Elə bil uşağı əl ilə götürüb quyuya atdılar. İgid oğlan, qoluna, gücünə mən qurban, qurtar balamı! (Ağlar)

Elman. Ah, ana naləsi, övlad həsrəti nə yaman olurmuş! Kəndiri ver bura!

İfritəcadu. Al, oğlum al, balamı salamat mənə çatdırsan, ölüncə sənin qulun olaram. (Elman kəndirin bir ucunu qalın ağaca, bir ucunu da belinə bağlayıb düşmək istəyərkən) Oğlum, ver qılıncını mən saxlayım.

Elman. Yox, o, başqa ələ verilməz, atamdan yadigardır. (Quyuya düşmək istərkən) Xala, mənə xeyir-dua ver!

İfritəcadu. Sağ get, salamat qayıt, ürəyində heç arzun qalmasın! (Elman yavaş-yavaş quyuya enir. İfritə cadu kəndiri ağacdan açır. Elman quyuya düşür. İfritə cadu qəhqəhə çəkərək) Dünya gözəlini qurtarmağa gedən oğlan, get qaranlıq dünyada, divlər ölkəsində, ilan-çayanlarla yaşa! Oradan sənə qurtuluş yoxdur!

Şimşad (əlində kitab gəlir). Başını əkdinmi?

İfritəcadu. Elə əkdim! Quyuya kəlləmayallaq getdi.

Şimşad. Gedək, görək nə oldu?

İfritəcadu. Gedək, gedək!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci fəsil

Üfüqü narıncı rəngə boyayan günəşin işıq və hərarəti azalmağa başlamış, axşam sərinliyi çökmüşdü. Qonşular Əlisəfanın qapısı yanındakı narın qum təpəsinin üstünə yığışıb söhbət edirdilər. İki qardaş – Qulu ilə Həsən arasında çəkişmə davam edirdi. Böyük qardaş Həsən deyirdi:– Ay qardaş, bu bizim ata-baba əkin yerimizdir, Allah verib neft xəzinəsi çıxır. Gəl bu yeri satıb kasıblığın daşın ataq!

193640 dəq
Üçüncü fəsil

I1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.

193644 dəq
Dördüncü fəsil

IBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:

193623 dəq
Beşinci fəsil

ITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:

193628 dəq

Başqa şairlərin şeirləri