Əzəldən
Laləli, nərgizli Tərsə yaylağı,Tərlanların yaylağıdır əzəldən.At oynadan, qılınc çalan, qaçağan,İgidlərin oylağıdır əzəldən.
Yay ayları elat çıxar, yurd salar,Dərələr al-yaşıl yüz rəngə çalar.İstəyənə şöhrət olar, ad olar,Yadlara da göz dağıdı əzəldən.
Görəndə atlanır şairin könlü,Ana diyarını şadyana, güllü.Gözəl gəlinlərnən, qızlarnan ünlü,Neçə kəndlər qonağıdı əzəldən.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-ezelden
← → düymələri ilə keçid, R — təsadüfi şeir