Qədəmin şəfadır xəstə canıma,İncimə ay İnci, göz üstə gəldin.Nə xoşbəxt insanam anmısan məni,Səndən söz düşmüşdü, söz üstə gəldin.

Yamanca bəd yuxu gördüm huşumda,Ötdü o xoş səsin birdən guşumda.Doğrudan sənmisən duran qarşımda,Gəl bu vaqiəni yoz, üstə gəldin.

Ha gözlədim yar məndən könül uma,Əriyib eşqindən dönmüşəm şama.Məmmədhüseynin könlü gəldi ilhama,Axır vaxtdı, söhbət-saz üstə gəldin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq