Ola
Hər yetənə yar deyib, yar arama,Yar axtar ki, ömür boyu yar ola.Çətin gündə, yaman gündə, xoş gündə,Həmdəm ola, sirdaş ola, var ola.
Can deyəsən, can eşidə, can deyə,Məhəl qoya qohum ilə özgəyə.Qarışmaya hər qovğaya, hər küyə,İnsanlıq dilində müdam car ola.
Məmmədhüseynin ömrü yetib yarıya,Söhbət salmaz bəd əməli arıya.Gözəl-göyçək zülfün çəkib darıya,Əzgin gəzmək, pinti gəzmək ar ola.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-ola
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mənə
Gün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,