Bəradərim Firidunbəy Köçərli cənablarına
Möhtərəm qardaşım, Firidunbəy!Yenə şəfqətlə halımı sordun,“Yeni şeylər nə yazmısan” – deyərəkKönlümü duyğularla doldurdun.Qoy deyim şərhi-halımı, dinlə,Dərdimə sən də ortaq ol, inlə.
Nə yazım mən bu qəmli zülmətdə?Nurdan heç əsər, nişan yoxdur.Vətənim adlanan bu qürbətdə,Nə də əfqanımı duyan yoxdur.Getmiş əldən rəfiqi-sadiqlər,Dövrəmi çulğamış münafiqlər.
Bu qaranlıq mühitim içrə mənimQulağım həbs, gözlərim dustaq.Yumuruqla möhürlənib dəhənim,Olmuş ağzımda sözlərim dustaq.Qalmışam matü acizü məbhut,Etmişəm labüd ixtiyari-sükut.
Yoxluq uçurumna el yüyürdükcə,Çox bağırdım, axırda batdı səsim.Bu müsibətli halı gördükcə,Ağlamaqdan kəsildi lap nəfəsim.Keçdi mazi, bitir əzab ilə hal,Üzümə gülməyir həm istiqbal.
Fərz ediz çox uzun, geniş bir otaq,Orda iskamyalar qoyulmuş ola.Üzərində beş-on dəcəl, kür uşaq,Qara lövh, ağ təbaşir olmuş ola.Bunların mən bu halda həmdəmiyəm,Deməli, zahirən müəllimiyəm.Nə deyim, lakin əlaman, qardaş,Hər gün onlar sorur mənim qanımı.Bağrım odlandı, yandı, can qardaş!Bu tifillər çürütdülər canımı.Hərə bir dərsə etina etmir,Heç kəs öz təklifin əda etmir.
Türklük, islamlıq iddiası iləÖz dilin bilmək istəyən yoxdur.Əcnəbi ruhunun havası ilə,Vətənin, millətin sevən yoxdur.Atalar verməyir heç əhəmiyyət,Sönmüş onlarda hissi-milliyyət.
Burda dərs verdiyim beş-on ildir,Deyirəm hər zaman ki: “Qeyrət edin,Türk dili bir gözəl, şirin dildir,Onu öyrənməyə həmiyyət edin”.Etməyir kimsəyə sözüm təsir,Oluram gündə bir sayaq dilgir.
Dürlü manelər olmasa sözümə,Odlu bir nəğmə yazmaq istəyirəm.Gələcək əsrlərdə mən özüməŞanlı bir qəbr qazmaq istəyirəm.Lakin övzai-haldan məyus –Olub etməkdəyəm müdam “əfsus...”
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-beraderim-firidunbey-kocerli-cenablarina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Quşlar, quşlar, a quşlar!Qaranquşlar, a quşlar!
Şair, Şeir pərisi və ŞəhərliSəfalı bir mayıs axşamı... Günəşin qürubundan bir az sonra saf, laci-vərdi asimana ucalan qürsi-qəmərin əşieyi-simini sakin və müəttər bir
TənbəlÇox yatma, dur, a tənbəl,Yatsan olar iş əngəl.
VətənKönlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.
Başqa şairlərin şeirləri
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
Yazım, gəl, baharım, gəlÜrəyim döyünüb uçar quş kimi,Düşər torpaqlara vurulmuş kimi’
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə