Çəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.

Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, 26. Komandir

Əsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.

20181 dəq
İkinci hissə, 27. Gizir Səfərov

Deyirəm, tunelin havası mənə düşür, özümü gümrah hiss edirəm, Qırğı o yandan qayıdır ki, ayısan, ona görə, mağarada xoşbəxt olursan. Onda sən də quşsan, uç, qon budağa! Dəhşətdilər! Adamı anlamaq istəmirlər. Beynim necə çöndüsə, az qala əzişdirəcəkdim. Komandir özünü vaxtında yetirdi:“Dincələ bildiniz?”

20181 dəq
İkinci hissə, 28. Komandir

Əsgər Rəfiyev qışqıranda müşahidə aparan vaxt səhv buraxdığımı düşündüm. Dedim, yəqin, məni görüblər. Axı ehtiyatlı davranmışdım. Lənət olsun!“Mövqe tutun! Əmr olmadan atəş açmayın!” - içimdə başqa adam danışırdı.

20181 dəq
İkinci hissə, 29. Qırğı

Komandir doğru qərar vermişdi. Nə qədər bədənimizdə hey-hərəkət vardı, qayıtmalıydıq. Onun söylədiyinə görə, qarşıda uzun bir dərə, dik bir yoxuş vardı. Ən çətin və təhlükəli yer sayılan Canavar yalını aşsaq, bizim postlara çatardıq.Tuneldən çıxıb dərə boyu asta-asta addımladıq. Etirazımıza baxmayaraq, öndə komandir gedirdi. Əslində, içimin dərinliklərində buna razıydım. Komandirin öndə olması daha ürəkli hərəkət etməyimizə imkan yaradırdı.

20183 dəq

Başqa şairlərin şeirləri