Dağın başındakı gümüşü işıq yavaş-yavaş böyüyürdü. Deyəsən, mənə tərəf gəlirdi. Ürəyimin üstündəki şiddətli ağrıdan xilas olmaq üçün ona tərəf çırpınırdım. İşıq böyüyüb-böyüyüb nəhəng haləyə çevrildi. Ona doğru getmək istədim, ağırlaşmış bədənimi qaldıra bilmədim. Əlimi əlimdən, qolumu-qolumdan, ayağımı-ayağımdan sıyırıb çıxarmağa çalışdım. Bədənimdən sıyrılsam, canımı o ağrıdan qurtarardım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, 2. Komandir

İlk kəşfiyyat əməliyyatına da briqada komandiri Polkovnik Nəbiyevin tapşırığı ilə getmişdim. Onda mənimlə şəxsən görüşməmişdi, əmri xidmət rəisi Kapitan Rəşidovdan almışdım. Uşaqları rəisin məsləhəti ilə seçdim. Qırğı da yeni gəlmişdi. Onun gözlərindəki parıltı diqqətimi çəkdi, həvəsli olduğunu görüb əməliyyata yazdım.Tapşırıq belə idi: Kəlbəcərin Yanşaq kəndinə gedib müşahidə aparmalıydıq. Aldığımız məlumata görə, ora ağır artilleriya və texnika gətirilirdi.

20185 dəq
İkinci hissə, 3. Qırğı

Komandirin qayaya sarı getdiyini görəndə, elə bildim, meşədən hücum var, təhlükəni bizdən yayndırmaq üçün istiqaməti dəyişir. Sonra düşündüm ki, yox, qorxusundan qayalıqda gizlənməyə qaçır. Başını səs dinləyirmiş kimi azca qaldıranda hər iki qənaətimin yanlış olduğunu anladım. Mən heç nə eşitməsəm də, komandirin bir səs aldığını hiss edirdim. Onun nə etdiyini özüm üçün tam aydınlaşdırmamış yerimdən tərpənə bilməzdim. Gözlədim. Mənim vəzifəm qrupun yeganə durbini ilə ətrafı izləmək, komandirin təhlükəsiz hərəkətinə şərait yaratmaq idi.Qayanın yanından iri addımlarla meşəyə tərəf gedəndə qalxıb ardınca düşmək istədim, lakin yenə özümü saxladım. Bütün qrup ardımca gələcəkdi. Meşədə düşmən vardısa, mühasirəyə düşərdik.

20181 dəq
İkinci hissə, 4. Komandir

“Kaş” söylədim söyləməyinə, lakin biz istəyən olmadı. Arxasından qara tüstü verən “UAZ” nərildəyə-nərildəyə dağı o üzə aşdı. Maşının belə əziyyətlə hərəkət etməsi düşmənin zəifliyinin əlaməti kimi içimdə rahatlıq yaratdı.Biz geniş dərə boyu iki saata yaxın müşahidə aparıb meşənin ortasında qərar tutmuş yoldaşların yanına qayıtdıq. Axşamacan dincəldik, qaranlıq düşəndə hərəkətə başladıq. Gecə “UAZ”-ın dırmaşdığı dağı aşıb Yanşaq tərəfə sallandıq. Sərt uçurumla irəliləyib çəmənliyə çıxdıq. Qaranlıq hələ çəkilmədiyinə görə çəmənliyi birlikdə adladıq. Yanşağın yaxınlığındakı meşədə yerləşib səhərin açılmasını gözlədik.

20183 dəq
İkinci hissə, 5. Polkovnik Nəbiyev

“Dil” gətirmək əmri verməmişdim, lakin bizim kəşfiyyatçılar bilirdilər ki, erməni əsirliyində çoxlu adamlarımız var, hər gətirilən girov onların bir neçəsinin azad olunması deməkdir.Orucov ilk əməliyyatından böyük uğurla qayıtmışdı. Bütün tapşırıqları ən incə detallarınacan yeri-nə yetirməklə qalmayıb girov da gətirmişdi. Biz kəşfiyyatçılarımızın müşahidə ilə əldə etdiyindən əlavə girov gətirilən həmin əsgərdən də çox qiymətli məlumatlar aldıq, sonra üç nəfər mülki şəxslə dəyişdik.

20181 dəq

Başqa şairlərin şeirləri