Lənətə gəlsin! Bu tərəfə də it bağlayıblar. Hürən kimi aşağıda bağlanan, rabitənin yanında yatan itlər də hürüşürlər. Gecənin sükutunu doğrayan səs-küy dərə boyu burulub meşəlikdə yox olurdu. İtlər olmasa, kazarmaya girmək, əsgərlərdən birini yatdığı mələfəyə büküb çıxarmaq mənə çətin gəlmirdi.

Bölüyə girməmiş fərq edilməyi, orda həlak olmağı özümə sığışdırmırdım. Bu maymaqların əlində ölməyi Allah heç kimə qismət eləməsin. Döyüş ayrı. Döyüşdə ölərsən də, öldürərsən də! Avaranın birinə yatdığı yerdə qəhrəmanlıq fürsəti vermək kişilikdən deyildi.

Səhərəcən cəhd elədim, heç nə alınmadı. Hər dəfə itlər hürür, itlər hürəndə rabitənin yanındakı “çoban” qıylayır, havaya atəş açırdı. Bölükdəkilər elə rahat yatmışdılar ki, elə bil öz xarabalarındaydılar. Yəqin, burda itlər həmişə belə hürüşürdü. Yoxsa ən azı bir dəfə çıxıb yan-yörəni yoxlayardılar. Gecənin qatı qaranlığında bütün Dəmirçidam kəndi Kapitan Rəşidovun “cib”inə bənzəyirdi. İtlərin kəşfiyyatçılara hürdüyü heç kimin ağlına gəlmirdi. Yəqin, bura gəlib çıxan ilk kəşfiyyatçılar idik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 44. Komandir

Müharibə başlamışdı. Nəhayət, arzuladığım gün gəlmişdi. Ağdamın üstünə azadlıq yürüşümüz başlayacaqdı. Briqadanı hücuma hazır vəziyyətə gətirmişdim. Gecə silahsız pusquya düşüb şəhid olan istehkamçıların da qisasını alacaqdıq.Fəqət korpusdan başqa söz dedilər; atəşkəs bərpa olunmuşdu! Ardınca məni mərkəzə çağırdılar. Danışıqlarından belə anladım ki, yerimi dəyişmək istəyirlər. İstefa ərizəmi yazmalıydım.

20181 dəq
Dördüncü hissə, 45. Mayor Poladov

İstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.

20181 dəq
Dördüncü hissə, 46. Komandir

Sevinc təkidlə məni ordudan aralamaq istəyirdi. Deyirdi, o qədər əziyyət çəkdin, bəs edər. Arada onu eşidib təqaüdə çıxmaq barədə düşünürdüm. Amma...Uzaqdan Yeddixırman dağını görürdüm və geriyə addım atmağı bacarmırdım.

20181 dəq
Dördüncü hissə, 47. Sevinc

Çox təkiddən sonra onu bir həftəlik Toğanaya dincəlməyə apara bildim. Dedim, bəlkə o dağları, meşələri görər, eyni açılar. Olmadı. Əhvalı daha da pisləşdi. Heç kimlə danışmır, dərdini-ağrısını içində çəkir, fikirxəyaldan ayrılmırdı. Mən də bir yandan düşmüşdüm üstünə, ordudan ayrılmasını istəyirdim.Üç gün keçməmiş Toğanadan geri qayıtdıq. Anam da yanımızdaydı. Goranboy yolunda ağır qəzaya düşdük. Anamın qolu qırıldı, sürücünün diz qapağı dağıldı, Nihadın ayağını şüşə kəsdi. Nihadı bir az əvvəl qapı tərəfdən götürüb aramıza qoymuşdum, yoxsa o qəzadan sağ çıxmazdı.

20182 dəq

Başqa şairlərin şeirləri