İkinci hissə, 31. Gizir Səfərov
Nə qədər harayladımsa, komandirdən cavab gəlmədi. Olmaya onu vurmuşdular? Dayandığı yerə boylandım, yox idi. Gizli bir yerdən çıxdığını təxmin edib düşmən postunu atəşə tutdum. Az keçməmiş arxadan səsini eşitdim:
“Gedirik!”
Baş barmağımla əla işarəsi göstərib, gülümsündüm. Komandir qışqırdı:
“Postla oynamayın, altdan yuxarı gəlirlər!”
Əsgər Rəfiyevi əllərimizin arasına alıb növbəti aşırımı aşanda bayaq atışdığımız yerdən düşmən güllələrinin səsi eşidildi. Onlar bizə çata bilmədiyini görüb barmaq silkələyirdilər. Özümdən asılı olmadan çox biədəb bir söyüş söydüm. Komandir eşitməzlikdən gəldi.
Təhlükə sovuşar-sovuşmaz gördüm, susuzluqdan yanıram. Dodağım çartıltıyla çatladı. Əlimi atdım. Qanamışdı. Dodağın susuzluqdan çatladığını eşitmişdim, inanmamışdım, indi öz başıma gəlirdi. İçimdən alovlanan tonqal sinəmi, boğazımı, ağzımı yandırır, dodaqlarımı pörşələyirdi. Bədənim bu istinin təsirindən şam kimi əriyirdi.
Bizim postdan köməyə gələn əsgərlərə tərəf bir kəlmə “Suuu!!!” deyib üzüqoylu yıxıldım. Məni ayağa qaldırıb postun altındakı bulağa apardılar. Son gücümü toplayıb qaçdım və təkrar ağzı üstə suyun içinə yıxıldım. Şırıltıyla başıma, üzümə, qulağıma tökülən buz kimi sudan bir-iki ağız udub, yanan dodağımı, dilimi axının qabağına tutdum...
Bir də onda ayıldım ki, komandir ayağımdan sürüyür. Başımın sol yanı yox idi. Heç nə hiss eləmir, heç nə görmür, heç nə eşitmirdim. Burnumun sol deşiyi də tutulmuşdu.
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ikinci-hisse-31-gizir-seferov
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zarafat etməyinə edirdim, amma üzü dönəndə, nəfəs çəkməyə qorxurdum. Qorxmaqdan çox çəkinirdim. Sifətində bir ifadə vardı, o, peyda oldusa, üzünü görmə. Hər dəfə o əhvalda evə gələndə Aqşin pıçıldayırdı: “Kazarma rejimi başladı!”Nihad özünü şirin satırdı. Onu lap çox istəyirdi. Baxırdı, deyirdi, Sevinc, balaca mənə oxşayıb, rahat uşaqdı, amma bu böyük var ha, səni incidəcək. Bəlkə də incidir, demirsən.
Dördüncü hissə, 38. Komandirİyirmi il sonra ilk dəfə səhər işə, axşam evə gəlmək səadəti mənə nəsib olmuşdu. Həyatımın qaydaya düşməsinə sevinirdim. Ən çox da ailəmə görə. Amma uzun çəkmədi.
Dördüncü hissə, 39. XanıDörd sapyorumuzun gecə saatlarında Sarıcalının üstündə erməni pusqusuna düşüb həlak olması xəbərini səhəri gün eşitdim. Gecə həyəcan siqnalı verib bizi qaldırdılar, təmas xətti ilə üzbəüz döyüş mövqeyi seçib hardasa dörd-beş saat uzanılı qaldıq. Səs-səmir yox idi. Səhərə yaxın bölüyə qayıdanda gecə dörd şəhid verdiyimizi söylədilər. İlk ağlıma gələn komandir oldu. Onun öz övladlarını itirən qədər sarsılacağını bilirdim.Əsgərləri övladlarından çox istəyirdi. Buna əmin idim. Bayramlarda bir həftə məzuniyyət götürür, üç gün keçməmiş geri qayıdırdı. Deyirdim, komandir, niyə belə tez gəldiniz? Deyirdi, uşaqları səngərdə qoyub evdə dincələ bilmirəm. Onun istirahət yeri səngərlər idi. Hərbi səhra paltarını heç vaxt əynindən çıxarmırdı.
Dördüncü hissə, 40. KomandirAləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:
Başqa şairlərin şeirləri
Abı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
Mən elə sandım ki...Bir səhər, qocalıq döydü qapını,Əlində əsası, gözündə eynək.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl