“101”-dəki hərbi hissədə hamam tikmək arzumu gerçəkləşdirə bilmədim. Maaşımdan Zabilin ayaqqabısının haqqını, yolpulunu, cibxərcini çıxanda yerdə bir şey qalmırdı. Bir az da evə kömək elədim. Balaca-dar otaqda güzəranları elə də yaxşı keçmirdi. Pulu atama verməyə utandım. Bibimə verdim. Anam ölən gündən bibim bizim evdə qalır, atamın, qardaşlarımın qayğısını çəkirdi.

Taqımın əsgərləri bağışlasın, bir az da kirli gəzməli olacaqlar. Ancaq mən bu hamamı əvvəl-axır tikəcəkdim. Yazıq Vəzirov hamam deyəndə hamı ona gülürdü. Elə biri mən özüm. İndi anlayıram ki, rəhmətlik necə müdrik sözlər deyirmiş.

Həm taqım komandiri, həm də bölük komandirinin müavini idim. Bölüyün bütün işlərini mən görürdüm. Kapitan Rəşidov məni cidd-cəhdlə bölük komandiri qoymaq istəyirdi və bunu açıq-aşkar deyirdi. Taqımda yaratdığım nizam-intizamı bütün bölükdə görmək istəyirdi. Təbii ki, buna briqada komandiri razılıq verməliydi. O, bizim bölük komandirini harasa yerləşdirməli, məni onun yerinə qoymalıydı.

“Özün öz işinlə mən qədər maraqlanmırsan” - Kapitan Rəşidov narazı-narazı söyləyirdi.

Cavab vermirdim. Doğru sözə nə deyəsən? Əslində, mənə rütbə və vəzifə verilməsini istəyirdim, lakin bunun üçün nə etmək lazım olduğunu bilmirdim.

Kapitan Rəşidov vəziyyəti belə görüb bölük komandirinin müavini kimi səlahiyyətlərimi artırdı. Komandirimiz etiraz eləmirdi. Bütün rəhbərlər kimi, ona da iş görən müavin lazım idi. Kapitan Rəşidov deyirdi:

“Mən ixtisaslı hərbçi deyiləm, amma sən hərbçisən. Ən azı, general olanacan irəli getməlisən. Bu yolda əlimdən gələni edəcəm.”

“Sağ ol, rəis” deyirdim, başqa söz tapmırdım.

O, bir gün mənə qəribə bir tapşırıq verdi. Bu, əslində, təlim əməliyyatı idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 12. Komandir

Yağış bizi Ağ çınqıl yoxuşuna dikələndə tutdu. Uşaqların biri sürüşüb çaya düşdü. Maral olmasa, bilməyəcəkdik bəlkə. “Kimsə yıxıldı” - dedi. Bu vaxt əsgər başını çıxarıb bir dəfə çığırmağa imkan tapdı. Qırğı ilə özümüzü yetirib avtomatı uzatdıq, yapışdı, dartıb çıxartdıq. Silahı suda qalmışdı. Qırğı özünü selə vurdu, suyun altına girib nə qədər axtardısa, tapmadı. Maral suya atılıb silahı çıxartdı. O, əsgər selə yıxılan yeri yadında saxlamışdı.Şıdırğı yağışın qara məhlula çevirdiyi qatı qaranlığı yara-yara üzüyuxarı addımladıqca xırda çınqıl ayağımızın altında aşağı axırdı. Nə qədər gedirdik, çaydan aralanmırdıq. Selin qıjıltısı bütün səsləri batırırdı. Çınqılla birlikdə axıb çaya düşsək, salamat qurtara bilməzdik. Uşaqlar fərqində deyildilər: sel bizi aparırdı. Kəşfiyyatda olduğumu unudub qışqırdım:

20182 dəq
Dördüncü hissə, 13. Kapitan Rəşidov

Dördüncü rabitə əlaqəsi vaxtı Orucovu başa düşmədim. Dedi, Qamış yüksəkliyinə doğru dərənin içiylə gəlirik? Gündüz vaxtı, dərənin içiylə? Heç olmasa, nəzərə çarpmayan yerlərdən bir-bir, iki-iki keçmək olmaz? Sizi görərlər axı. Cavab qısa oldu:“Qələt eləyərlər!”

20181 dəq
Dördüncü hissə, 14. Komandir

Çəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.

20181 dəq
Dördüncü hissə, 15. Polkovnik Nəbiyev

Kəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”

20181 dəq

Başqa şairlərin şeirləri