Çay kənarında bir nəfər abidHəqqə olmuşdu şövq ilə sacid.Gördü bir kəllə su üzündə əyan,Aparır çay aşağə seyli-rəvan.Durub abid o kəlləyə yetdi,Kəllənin halını sual etdi.O quru kəllə nitqə gəldi rəvan,Dedi: – Ey abidi-fəriştənişan,Şah idim mən cahanda izzət ilə,Ruzgarım keçirdi şövkət ilə.Tac ilə təxtü dövlətim var idi,Gəncü zərrü rəiyyətim var idi.Hər tərəf işlər idi fərmanım,Xoş keçərdi həmişə dövranım.Məclisimdə müdam cami-şərab,Saqivü badə, çəngü tarü rübab.Neçə zərrinkəmər qulamlərim,Hasil idi cahanda kamlərim.Məclisim xüld, badə kövsər idi,Hər murad istəyəm – müyəssər idi.Eylədi dəhr eyşimi bərbad,Mürği-ruhə əcəl olub səyyad,Mənzilim ta ki bir məğak oldu,Bədənim döndü tirə xak oldu.Qəbrimi seyl həm fəna qıldı,Məni bu halə mübtəla qıldı.Seyyida, bir diyardır bu fəna –Ki, bərabərdir onda şahü gəda.Ömrü dünyayə etibar etmə,Özüvü çox da xarü zar etmə.Nəqşi-nikü bəd ilə olma qəmin,Nəqşdən pak olur bu lövhi-mübin.Sənə bəsdir bu əmrdə bürhan:

**Nükteyi-”küllü-mən əleyha fan”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana