Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun,Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun.
İlahi, qanə dönsün qeyr yadın eyləsə könlüm,Gözüm çıxsın, baxa sənsiz, əgər qilmanü hur olsun.
Gözün yadilə könlümdə, əcəb yox, olmasa işrət,Nə mümkündür, gözüm, bimar olan evdə sürur olsun?
Qüruri-hüsn edib, ey mişkxət, məndən kənar olma,Nədir nöqsan Süleymanə əgər həmbəzm mur olsun.
Məqtə — şairin təxəllüsü olan son beyt. Olub binur hicri-arizində dideyi-Seyyid,Üzündən dur olan gözdə nə mümkündür ki, nur olsun!
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-gozum-senden-siva-ruxsareye-ger-baxsa-kur-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gecə hicran cəzasıyçün əgər məhşər günüAlmaram ərz etsələr yüz hurü qılmani mənə.
Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandırApardım qəbrə mehri-ruyün, amma qorxum ondandır –Ki, xakimdən çıxıb gül, qeyrlər ondan gülab etsin.
Əvvəl mənə bir lütf edib sonra qılır bidadlərƏvvəl mənə bir lütf edib sonra qılır bidadlər,Ta kim şikayət etməgə lütfi pəşiman eyləsin.
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.