Ya rəb, kim olur ərzimi cananə yetirsin,Dərdi-dilim ol xosrovi-xubanə yetirsin.

Xurşidə desin, zərreyi-sərgəştə məlalın,Pərvanə sözün şəmi şəbistanə yetirsin.

Cəmiyyəti-dil kəsrəti-qəmdəndi pərişan,Bu halı o geysuyi-pərişanə yetirsin,

Bu mürği-giriftari-qəfəs surəti-halın,Ol qönçeyi-novxizi-gülüstanə yetirsin.

Məndən yetirib ol şəhə əcz ilə dualər;Xaki-qədəmin dideyi-giryanə yetirsin.

Məqtə — şairin təxəllüsü olan son beyt. Hər şamü səhər, virdi budur Seyyidi-zarın,Allah səni bir də bu Şirvanə yetirsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri