Nəql edirlər ki, bir gün İskəndərEylədi bir xərabə sarı güzər.Gördü nagəh xərabədə bir pir,Arizi rəşki-afitabi-münir.Maili-taəti-xudayi-əlim,Etmədi padşahə bir təzim.Xişmnak oldu padşahi-qəyur,Dedi: – Ey rahi-mərifətdən dur,Nə üçün şahə etmədin təzim?Mənəm İskəndəri-fələktəkrim.Asiman-qədr şahi-dövranəm,Lütfə dərya, səxavətə kanəm.Mənəm iqlim-kirü bac-sitan,Hökmümə tabe oldu cümlə cahan.Dedi: – Ey şah-vacibüt-təkrim,Sənə bir kimsə eyləsin təzim –Ki, ola səndən ehtiyacı onun,Dövlətindən ola rəvacı onun.Qaneəm mən ki, künci-viranə,Sözlərindir yanımda əfsanə.Ki, olub indi padşah sənə.Ey olan ol iki qulama qulam,Nə təfaxürdür eylədin elam?Çəkdi ol gün xəcalət İskəndər,İltimas etdi ol fələkçakər,Dedi: – Eylə məni-həzinə dua –Ki, edə hirsü azı dəf xuda.Seyyida, hirsü azdan həzər et,Gənci-mülki-qənaətə güzər et.Olasan gər İskəndəri-sani,Olacaqsan zəmanədə fani.Nə qalır mülkü malı dünyanın,Nə şükuhü cəlalı dünyanın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale