Bir uşaq incimişdi məktəbdən,Dedi: – Ey xaliqi-zəminü zəmən,Bir ölüm ver bizim bu ustadə,Ta olum məktəbindən azadə.Bir doyunca gedim gəzim baği,Həm edim baği seyr, həm daği.Bu duani eşitdi mollası,Dedi: – Oğlum, bunun nə mənası?Mən əgər rehlət etsəm üqbayə,Qoyar atan bir özgə mollayə.Atanın mərgin istə, ey nadan,Qalasan ta yetimü sərgərdan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri