Parsdiyar söylənci
Küsgün görkəm alıb Parsel, Parsdiyar,Tüstü olmur ac-yalavac yerlərdə,Qarın doyur, göz doymayır yeməkdən.Ildə üç yol, torpaq gərək əkilsin,Qarın doyur, göz doymayır yeməkdən.
Boş olanda səs çıxmayır çölməkdən,Dad olmayır oğurlanmış çörəkdə,Arı olur, bal olmayır pətəkdə,Qarın doyur, göz doymayır yeməkdən.
Oturublar sıra-sıra başçılar,Üzdə gəzir içlərdəki sancılar,Ortalıqda təlxək, oynar, falçılar,Qızıl, gümüş, çini qablar, saxsılar,Qarın doyur, göz doymayır yeməkdən.
Daryaş deyir: – Az deyinin, az yetər,Tapşırıq var, bu baş işə kim gedər,Çox işdə var, o işlərdə yox dəyər,Qarın doyur, göz doymayır yeməkdən.
Biri durur, baş şəltili, qıç axsaq,– Mən gedərəm – deyir – məni çağırsan,Mənə tapşır, bu tapşırıq ağırsa,Qarın doyur, göz doymayır yeməkdən.– Sən döyüşdən qayıtmısan heç olmaz,Yaralısan. Toxda, dincəl, sən bir az,– Döyüşçüyə, şahım, dinclik yaramaz,Qarın doyur, göz doymayır yeməkdən.Tüstü olmur ac-yalavac yerlərdə,
Yaxşı, olsun, onda eşit Daryaşı,Məncə darda qoymaz qardaş qardaşı,Baş aparır orda Tunqər başbaşı,Yontalansın qabaqcadan baş daşı,Tutub gətir Parsdiyara dikbaşı,Qarın doyur, göz doymayır yeməkdən.
Tüstü olmur ac-yalavac yerlərdə.
Vardır bir də bir tapşırıq, çox incə,Turpar, Besyar oğurlansın gizlicə,Gətirilsin Parsdiyara o gecə,Qarın doyur, göz doymayır yeməkdən.Tüstü olmur ac-yalavac yerlərdə.
Yorulmuşam, usanmışam, mən bu gün...Turparımı gərək özüm böyüdüm,Şahlıq çatsın məndən ona büsbütün,Budur sizə, oturanlar, öyüdüm,Qarın doyur, göz doymayır yeməkdənTüstü olmur ac-yalavac yerlərdə.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-parsdiyar-soylenci-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dolanışı başa düşmək olmayır,Çox qışqırıb, səsi batıb torpağın.
Döyüş söylənciBalasqelin yolu dolu atlıdır,Hər üzləşmə on min ölüm deməkdir.
Görüş söylənciAğüz getdi Nuhçatana, Duzdağa,Görüş, səni bitgin edir görüşlər.
Yığış söylənciƏkbitənin səsləncləri gurladı,“Qurultaydır birəşdirən gücləri.
Başqa şairlərin şeirləri
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.