Tunqərin öyüd söylənci
Tanrım, bizə güc veribsən, bir də ver,Bu dolanış əkənindir, biçənin.Tunq adımı alıb Turan qoyaram,Bu dolanış əkənindir, biçənin.
Tunqər dedi: – Oğullarım, tələsin,Nə qədər ki qıy qanadlı gəncsiniz,Dolanışı qamarlayıb alın siz,Bu dolanış əkənindir, biçənin.
Çil-çilatı qotaz, ipək çulladı,Dörd yan-yönə dörd ox atdı, tolladı,Dörd oğlunu dörd yan-yönə yolladı,Bu dolanış əkənindir, biçənin.
Tunqər dedi: – Dörd yan-yönə yol çəkin,Uca-uca boy dayanan ev tikin,Düzənlikdə quyu qazın,yer əkin,Bu dolanış əkənindir, biçənin.
Kim olsa da yoxsullara əl tutun,Çox işləyin, az istəyin, az yatın,Hər bir yaxşı istəyizə tez çatın,Bu dolanış əkənindir, biçənin.
Hər oğlumdan yeddi oğul doğulsun,Acıq, küsü içinizdə boğulsun,Sizə qarşı nə vardırsa dağılsın,Bu dolanış əkənindir, biçənin.
Harda olsa dilləndirin dilləri,Tutun sizə uzadılan əlləri,Qoruqlayın çörək verən çölləri,Bu dolanış əkənindir, biçənin.Var, gəliri ev-ev, əl-əl paylayın,Dargözlüyü, qısmırlığı tollayın,Pisə qarşı tanrıları haylayın,Bu dolanış əkənindir, biçənin.
Başraqlayın Mindiyarı,TuranıYığın otu, arpa, buğda, samanı,Qovun pisi, düşərliyi, yalanı.Bu dolanış əkənindir, biçənin.
Bəbəkləyin atı, otu, ananı,Yaxın bilin qanmayanı, qananı,Uca tutun yazı-pozu, inamı,Bu dolanış əkənindır, biçənin.
Boş əl ilə qayıtmayın o yerdən,Ürəyiniz yuxa olsun dəmirdən,Uca olun, ayıq olun təpərdə,Bu dolanış əkənindir, biçənin.
Dörd qardaşlar at çapdılar, getdilər,Yeli, yalı dalda qoyub ötdülər,Gözlərini silib gözdən itdilər,Bu dolanış əkənindir, biçənin.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-tunqerin-oyud-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Besyar qalır dağ döşündə, yaylaqda,Özlüyü var suyu, otu hər yerin.
Qoca sevgisi söylənciTurq danışır, danışdırır onları,Tanrı çatır son ayaqda yardıma.
Gücdəbir söylənciSağollaşıb yola düşüb gedirlər,Bir üzdədir, yüz boyada yaranış.
Parsdiyar söylənciKüsgün görkəm alıb Parsel, Parsdiyar,Tüstü olmur ac-yalavac yerlərdə,
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecəƏldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,
AnaAy məlul ana,Ay zəzlil ana.
Ay gülüm, nanayBakıda çox gözüqannıA gülüm, nanay nay nanay.