Türbə qızın söylənci
Bunca bir səs eşidildi yaxından,
İnam, inanc düşərliyi sağaldar.
“Ölüm - dirim ayağında şah qızı”,
İnam, inanc düşərliyi sağaldar.
“Kim sağaltdı qızı varlı olacaq,
Böyük şahın baş evində qalacaq,
Şahdan çox-çox qızıl, gümüş alacaq!”,
İnam inanc düşərliyi sağaldar.
Coşdu, daşdı bir anlığa Elçiçək,
Dedi: – Ata, gedək qıza baş çəkək,
Şah qızını mən sağaldım, mən gərək,
İnam, inanc düşərliyi sağaldar.
Turq dedi: – Get, sən bu işdə yapıqsan,
Uşaqlıqdan gül çiçəklə tanıqsan,
Atan kimi, anan kimi sayıqsan,
İnam, inanc düşərliyi sağaldar.
Elçiçəyi qarşıladı şah özü,
Ona dedi, gizli yalan çox sözü,
Dedi, qızım ölür, gedir, lap düzü,
İnam, inanc düşərliyi sağaldar.
Dedi, anacaq sən sağaltsan, kişisən,
Dedi: – Şahım sən kişisən nə demək,
Dedi, şahım, mən qadınam, Elçiçək,
Mən qadınam sağalt-qadın Elçiçək,
Görünəydim bu paltarda mən gərək,
Çıxdım yola buraları gəzərək,
İnam, inanc düşərliyi sağaldar.
Yoxladılar onu qızlar qadınlar,
Ağlamaqdan üzü gözü solğunlar,
Ana bacı, qız gəlinlər, yaxınlar,
İnam inanc düşərliyi sağaldar.
Qız soruşdu:- kimsən qonaq, nəçisən,
Bu baş evdə sən sağaltsan, elçisən,
Haralısan, incilərdən incisən,
İnam, inanc düşərliyi sağaldar.
Qonaq qıza dedi olan- qalanı,
Gördü qızın gözü tez- tez sulanır,
Ürəyinə ağrı, acı qalanır,
Qız tez duyur sanki düzü, yalanı,
İnam, inanc düşərliyi sağaldar.
Düşər qızın ürəyinə girdi o,
Çox danışdı, sanki qızı yordu o,
Elçiçəyi olduğutək gördü o,
Öz özünə ürək-dirək verdi o,
Elçiçəkdən inanc gülü dərdi o,
İnam, inanc düşərliyi sağaldar.
Qız dedi ki: – Mənim adım Türbədir,
Adda-sanda gəzmə düzü, yalanı.
Mən sevgimin tutuğuyam, düşəri,
Adda-sanda gəzmə düzü, yalanı.
Sevdiyim də doğma əmim oğludu,
Əmim isə şah atamdan dağlıdır,
Kimsə bilmir bu nə ilə bağlıdır,
Adda-sanda gəzmə düzü, yalanı.
O da məni sevir, məndən də artıq,
Uşaqlıqdan sevişmişik qalmışıq,
Bu sevgidə o atıqdır, mən atıq,
Adda-sanda gəzmə düzü, yalanı.
Atam bilsə mən tutuğam sevgiyə,
Baxmaz heç də doğmalığa, çəkiyə,
Qılınc ilə məni bölər ikiyə,
Adda-sanda gəzmə düzü, yalanı.
Mən tutuğam, mən qorxağam, mən yazıq,
Qalmayıbdır məndə solğun yaraşıq,
Mənə ağı versə biri bir qaşıq,
Mən ölərəm sevgim ilə qarışıq,
Öndə ölüm gəlir, ya da barışıq,
Add-sanda gəzmə düzü, yalanı.
Lap yavaşdan dedi ona Elçiçək,
– Bir işləyək, bir düşünək biz gərək,
Oğlan ilə gündə bir yol görüşək,
Adda-sanda gəzmə düzü, yalanı.
Mən verərəm sənə bir dağ gülünü,
İyləyərsən, o dirildər ölünü,
Dəlilikdən o ayıldır dələni,
İtgin qoyur doğmaları böləni,
Dağ gülünün yer-yurdunu biləni,
Adda-sanda gəzmə düzü, yalanı.
Türbə dedi: – Mən qorxuram bu işdən,
Qorxu boğur istəkləri yamanca.
Dedi, atam bilsə məni öldürər,
Qorxu boğur istəkləri yamanca.
Qorxma:- dedi sağalt ana, bu işdən,
Mən baş ollam bu qorxulu gedişdə,
Sevinərsən sevgilinlə görüşdə,
Heç bir iş də bil, qorxusuz ötüşməz,
Sevgililər bir birinə yetişməz,
Qorxu boğur istəkləri yamanca.
Qız söylədi anasına gizlicə,
Qonaq qalsın sağalt mənə bu gecə,
Gözəl olur belə görüş, əyləncə,
Danışığ güc artıracaq, gör, necə,
Qorxu boğur istəkləri bəlkə də.
O sağaldıb məni bir az elə bil,
Deyir səndə bu düşərlik çor deyil,
Deyir ki, get gəzintiyə sən bir il,
Qorxu boğur istəkləri bəlkə də.
Ata dedi:- qalsın qonaq yanında,
Alsın bütün qorxuları qanından,
Mən qorxuram bu işlərin sonundan,
Qorxu boğur istəkləri yamanca.
Ata bildi qız sağalır, sevindi,
Dedi, Gərək bağış verim mən indi,
Elçiçəyin sağaltlığın bəyəndi,
Öz qızıyla, qonağıyla öyündü,
Qorxu boğur istəkləri bəlkə də.
Bir gün, beş gün, on gün gəlib sovuşdu,
Türbə toya, qonaqlığa yovuşdu,
Elçiçəyin deməyinə uyuşdu,
Düşüncədə istəyinə qovuşdu,
Qorxu boğur istəkləri bəlkə də.
Gülqurusu öz işini görürdü,
Sevgi ərklə, ilk addımla bağlıdır.
Sevgililər bir-birini görmədən,
Bir-birilə on gündən bir yazışdı,
Sevgi ərklə, ilk addımla bağlıdır.
Elçiçəyin yazıları yol aldı,
Yazılarda sevgi sözü bol oldu,
Hər bir sözsə könül açan dil oldu,
Sevgi ərklə, ilk addımla bağlıdır.
Yazıları yazmaqdaydi Elçiçək
Hər iki yan yazı alıb təkbətək,
Onu ondan gələn yazı bilərək,
Oxuyurdu, ağlayırdı uşaqtək,
Sevgi ərklə, ilk addımla bağlıdır.
“Əmim qızı, əllərini öpürəm,
Göz yaşıdır sevgi, dəli ağrıdır.
On yaşından səni sevdim, gözlədim,
Göz yaşıdır sevgi, dəli ağrıdır.
Sevgim sənsən, sevgim böyük Tanrıdır,
İstək özgə, sevgi isə ayrıdır,
Mənim sevgim bulaqdan da durudur,
Göz yaşıdır sevgi, dəli ağrıdır.
Yola getmir bir birilə böyüklər,
Biz budağıq, onlar isə kötüklər,
Dəli sevgim məni sizə sürüklər,
Göz yaşıdır sevgi, dəli ağrıdır.
Kəsi olum dolu, solğun ayıma,
Kəsi olum sənin nazlı boyuna,
Sıralanan kipriklərin sayına,
Qara, çatma qaşlarının yayına,
Sevgi düşüb mənim şahlıq soyuma,
Göz yaşıdır sevgi, dəli ağrıdır.
Yazıb qoşan sənin “Dağlar sevgilin”
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-turbe-qizin-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Turq Parsanın ölümünə acıdı,Gedən daha acı olar qalandan.
Yürüş söylənciAcıqana yürüş burdan başladı,Günəş gülür dağ dalından çıxanda.
Amenexotip söylənciBusquçular getdi, Ağüz qaldı tək,Göz ağardar sənə hamı, tək olsan.
Tuncər-Samdi söylənciHindel çəkdi Mindiyarı sınağa,Hara getsən öncə örgən oranı.
Başqa şairlərin şeirləri · Eşq
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.